Mobil versiya
Naxçıvanda qanunsuz yaşayan və qeydiyyatsız olan onlarla əcnəbi AŞKARLANDI
Tarix: 10-03-2022 | Saat: 10:56
Bölmə:Ölkə | çapa göndər

Naxçıvanda qanunsuz yaşayan və qeydiyyatsız olan onlarla əcnəbi

Ötən ay Naxçıvan Muxtar Respublikası ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 25 əcnəbi aşkarlanıb, onlar barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Bu barədə muxtar respublikanın Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Qeyd edilir ki, ötən ay Dövlət Miqrasiya Xidmətinə ümumilikdə 326 müraciət daxil olub. Bunlardan 139-u əcnəbilərə Azərbaycanda müvəqqəti yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, müvəqqətiolma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub.

Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024