Mobil versiya
YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat - seçki yığıncaqları keçirilib - FOTOLAR
Tarix: 05-03-2022 | Saat: 17:32
Bölmə:Ölkə | çapa göndər

YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında  hesabat - seçki yığıncaqları keçirilib

AİA.Az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının tapşırıq və tövsiyələrinə uyğun olaraq ərazi partiya təşkilatlarında hesabat – seçki yığıncaqları davam edir. 2022-ci il mart ayının 5-də YAP Qazax rayon təşkilatının Hüseynbəyli kənd ərazi partiya təşkilatında hesabat - seçki yığıncağı keçirilib. Hesabat – seçki yığıncağında pandemiya qaydalarına tam əməl olunub.

AİA.Az xəbər verir ki, əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncaqda ərazi partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib.

Çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.

Ərazi partiya təşkilatında təşkilati məsələyə də baxılıb.

YAP Qazax rayon təşkilatının Hüseynbəyli kənd ərazi partiya təşkilatında Xanım Quliyeva sədr, Xatirə Abdullayeva sədr müavini seçiliblər.
Yığıncaqda iştirak edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək yeni seçilən sədr və müavini təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Bildirib ki, partiyamızın tarixi VII Qurultayında möhtərəm prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn vəzifələri hər birimiz layiqincə yerinə yetirməliyik. Anar Nəbiyev partiyanın Nizamnamə və Proqramına edilən dəyişikliklərdən, ölkəmizin və regionun alternativsiz partiyası olan Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatına gətirdiyi çevik, dinamik islahatlardan, yeni qəbul olunan Əsasnamələrdən, üzvlük haqlarının məbləği və ödənilməsi Qaydası barədə ətraflı danışıb. Partiyanın məqsəd və vəzifələrinin həyata keçirilməsi, üzvlərin dəqiq qeydiyyatının aparılması, nizam – intizamın möhkəmləndirilməsi, üzvlük haqlarının vaxtında və Qaydalara uyğun şəkildə ödənilməsi barədə tapşırıq və tövsiyələrini verib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024