Mobil versiya
Müzəffər Ali Baş Komandanımızın rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası Qələbələr Partiyasıdır
Tarix: 05-03-2022 | Saat: 15:39
Bölmə:Ölkə | çapa göndər

Müzəffər Ali Baş Komandanımızın rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası Qələbələr Partiyasıdır


Ölkənin iqtidar partiyası olan Yeni Azərbaycan Partiyasının inkişaf tarixinə nəzər salarkən görürük ki, Partiya yarandığı dövrdən bu günədək fəaliyyəti dövründə öz mütəşəkkilliyi və mətinliyi ilə daim öndə olmuş, bütün proseslərdə siyasi iradə nümayiş etdirərək, möhtəşəm qələbələr qazanmışdır. Şübhəsiz ki, bu inkişafın və əldə olunan qələbələrin təməlində duran əsas ideoloji amil Ulu Öndər Heydər Əliyevin siyasi irsidir.

Ulu Öndər Heydər Əliyevin yorulmaz siyasi fəaliyyəti ona xalqın sevgi və ehtiramını qazandırmış, öz xalqına olan sadiqliyi və ölkənin gələcəyi ilə bağlı olan mütərəqqi baxışları xalqı onun ətrafında birləşdirdi. Heydər Əliyevin ətrafında yaradılmış partiya qısa müddət ərzində ümumxalq partiyasına çevrildi.

Ulu Öndərin siyasi iradəsi və peşəkarlığı müstəqilliyin qorunması və dönməzliyini təmin etdi. Ulu Öndərin müstəqilliklə bağlı qətiyyətli addımları bir çox təhdidlərin qarşısını almışdır. Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanın tarixində yeni inkişaf mərhələsinin əsasını qoydu. 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxma prosesi başladı və ardıcıl olaraq bütün sahələrdə irəliləyişə nail olundu.

Təsadüfi deyil ki, həmin dövrdən bu günədək ölkəmizdə həyata keçirilən bütün siyasi kompaniyalarda, Prezident seçkilərində, Parlament seçkilərində və bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası siyasi iradəsini ortaya qoyaraq xalqın yüksək etimadını qazandı və mütəşəkkillik nümayiş etdirərək qələbələr əldə etdi.

Son Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpası birinci dərəcəli vəzifə kimi qarşıya məqsəd qoyuldu və bu vəzifə uğurla icra olundu. Ölkə başçısının bəyan etdiyi proqramlar ardıcıllıqla icra edilməklə verdiyi vədlərə sadiq qalmış Azərbaycan iqtidarı bütün islahatları ardıclıqla icra edir.

Siyasi, sosial-iqtisadi sahədə danılmaz xidmət göstərməklə yanaşı, 44 günlük müharibədə Möhtəşəm qələbənin əldə olunmasında Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev başda olmaqla, qəhrəman hərbiçilərimizlə birlikdə vətənpərvər YAP üzvlərinin böyük rolu olmuşdur. Vətən uğrunda gedən döyüşlərdə Partiya üzvlərinin fəal iştirak etməsi, Yeni Azərbaycan Partiyasının xalqa, dövlətə bağlılığının bariz nümunəsidir.

Məhz Yeni Azərbaycan Partiyasında birləşən, ölkənin vətənpərvər, intellektual ehtiyatı olan, vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.

İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmışdır. Yaranmış yeni reallıqlar hakim partiyada islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən etmişdir.

Yeni Azərbayçan Partiyasının VII Qurultayından irəli gələn vəzifələr, yeni qəbul edilmiş mükəmməl Nizamnamə və həyatımızın bütün sahələrinin çoxillik inkişafını təmin edəcək Proqram deməyə əsas verir ki, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevın rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası Qələbələr Partiyasıdır və bundan sonra da bütün Zəfərlər Yeni Azərbaycan Partiyasının adı ilə bağlı olacaqdır.

Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024