Mobil versiya
Artıq Dahi Lider Heydər Əliyevi və onun ucaltdığı Azərbaycanı bütün dünya tanıyır
Tarix: 05-03-2022 | Saat: 09:39
Bölmə:Ölkə | çapa göndər

Artıq Dahi Lider Heydər Əliyevi və onun ucaltdığı Azərbaycanı bütün dünya tanıyır

Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanın sürətli inkişafı üçün hər cür şərait yaratmağa çalışmışdır. Xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra isə respublikamızı həmin vaxtlar səriştəsiz hakimiyyətin düşürdüyü ağır vəziyyətdən və bütün bəlalardan demək olar ki, qurtardı. Heydər Əliyev belə çətin vəziyyətdə xalqını, vətənini candan sevən, fədakar bir insan kimi çiyinlərini ağır yükün altına verdi və böyük, səriştəli, uzaqgörən siyasətçi kimi bunun öhdəsindən gəldi. Heydər Əliyev ən güclü dünya dövlətlərinin əməkdaşlıq etməyə can atacağı güclü Azərbaycan dövləti yaratdı. Artıq Dahi Lider Heydər Əliyevi və onun ucaltdığı Azərbaycan Respublikasını bütün dünya tanıyır.
Bu gün Heydər Əliyevin siyasi davamçısı İlham Əliyev onun siyasi kursuna sadiq qalaraq Azərbaycanı daha da inkişaf etdirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “90-cı illərin əvvəlində yaşanmış hərbi məğlubiyyət və daxili böhran suverenliyin gələcəyini sual altına qoymuşdu. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə yeni təhdidlər yaratmışdı. Ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması – gənc müstəqil Azərbaycanın sosial-siyasi mənzərəsini təşkil edirdi. Müstəqilliyimizin ilk illərində torpaqlarımız əldən gedirdi, ərazi bütövlüyümüz pozulmuşdu, Ermənistandan 300 mindən çox azərbaycanlı öz doğma torpaqlarından qovulmuşdu”.

Bir ildən artıqdır ki, 30 il işğal altında qalan torpaqlarımız düşməndən təmizlənib. Çox sevindirici haldır ki, müharibə dövründə xalq inamla Prezidentin ətrafında sıx birləşdi. Dəmir yumruğa çevrildi. Möhtəşəm qələbə çaldı. Cəmi 44 günlük vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün bərpa edilməsi Azərbaycanın nüfuzunu bütün dünyada bir daha yüksəltdi. Bu siyasi partiyalar tərəfindən də yüksək səviyyədə dəstəkləndi və bunun nəticəsində 6 siyasi partiya (Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Milli Qurtuluş Partiyası) öz müraciətləri əsasında Yeni Azərbaycan Partiyasının sıralarına qoşuldu. Bu partiyaların YAP-a daxil olması Yeni Azərbaycan Partiyasının əsil xalqın partiyası olduğunu bir daha sübut edir.
2022-ci ilin yanvar ayının 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclaslarında Yeni Azərbaycan Partiyasında 76 yerli təşkilatın 48-də yeni sədrlər təyin olunmuşdur.

Türkiyə ilə Azərbaycan iqtidar partiyaları arasında uzun illər davam edən əməkdaşlıq artıq 2021-ci ildə yeni mərhələyə qədəm qoymuşdu. Hər iki partiyalar arasında ötən il dəfələrlə videoformatda konfranslar keçirilmişdir.

Yeni Azərbaycan Partiyası Rusiya, Özbəkistan, Tacikistan, Yaponiya, Vyetnam, Laos, Kambodja, Qazaxstan, Çin və başqa ölkələrin hakim partiyaları ilə sıx əməkdaşlıq əlaqələri saxlayır, videoformat görüşlər keçirir, birgə səfərlərdə olur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Beynəlxalq məsələlərə gəldikdə, bir daha demək istəyirəm ki, biz köklü sürətdə bölgəmizdə vəziyyəti dəyişə bildik. Mən xarici siyasətlə bağlı çıxışlarımda demişdim ki, prioritetlər arasında qonşu ölkələrdə bizim əməkdaşlığımız xüsusi yerə malikdir. Amma bununla bərabər, biz bütün başqa ölkələrlə də münasibətlər qurduq. Bu gün bir ölkə yoxdur ki, bizim o ölkə ilə hansısa problemimiz olsun. Biz Avropa İttifaqı ilə sıx əlaqələr qurmuşuq. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Bu əlaqələrin bizim qələbə qazanmağımızda da müəyyən mənada rolu oldu.

Əlbəttə ki, ordu quruculuğu hazırlığı da əsas məsələlərdən biri idi və bizim şanlı Qələbəmiz hər şeyi özü deyir. Bütün bu hazırlıq istiqamətləri nəticədə bir nöqtədə birləşdi – 44 günlük müharibədə və bizim tarixi Qələbəmiz bizim qürur mənbəyimizdir.
Bundan sonra əsrlər boyu Azərbaycan xalqı bu qələbəni öz qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdı”.

Şəhla Ağbulud



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2024