Mobil versiya
Novruz Aslanov seçiciləri ilə görüşdü - FOTOLAR
Tarix: 04-03-2022 | Saat: 10:46
Bölmə:Manşet / Ölkə | çapa göndər

Novruz Aslanov seçiciləri ilə görüşdü

Millət vəkili Novruz Aslanov martın 3-də İsmayıllı rayonuna növbəti səfərini edib. Şəhid Ramil Musayevin övladı Ramilin ad günündə iştirak edib, səmimi ürək sözlərini və təbriklərini çatdırıb.

aia.az xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahmud Süleymanov, müavin Sevil Əhmədova, YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov və şəhidin təhsil aldığı məktəbin müəllim və şagird kollektivi iştirak edib. Deputat möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan söhbət açıb. Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbr diləyib, igid qəhrəmanımızın əziz xatirəsini dərin ehtiramla yad edib, şəhidimizin vəfatından sonra dünyaya gələn Ramil balamıza hədiyyələrini təqdim edib.

Daha sonra isə İsmayıllı şəhərindəki ofisində seçicilərinin qəbulunu keçirib. Pandemiya qaydalarına uyğun olaraq keçirilən qəbulda seçicilərin qaldırdığı məsələlər ətrafında müzakirələr aparılıb. Qəbulda 32 nəfər iştirak edib. Şəxsi məişət problemi ilə bağlı bir neçə məsələ yerindəcə həll olunub. Həmçinin sosial yönümlü və digər müraciətlərə baxılıb. Deputat səlahiyyətinə aid olmayan məsələlər qeydiyyata alınıb və aidiyyəti üzrə müraciətin ediləcəyi bildirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024