Mobil versiya
Dumanlı hava şəraiti martın 4-ü səhərədək davam edəcək
Tarix: 03-03-2022 | Saat: 12:01
Bölmə:Ölkə | çapa göndər

Dumanlı hava şəraiti martın 4-ü səhərədək davam edəcək

Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur.

aia.az xəbər verir ki, Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.

“Xəzər dənizindən cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin quruya doğru hərəkəti və inversiya qatı dumanın əmələ gəlməsinə səbəb olub”.

G.Məmmədovanın sözlərinə görə, Naftalan, Şəmkir, Daşkəsən, Göygöl, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaçmaz, Xaltan, Yevlax, Göyçay, Sabirabad, Hacıqabul, İmişli, Cəfərxan, Salyan, Neftçala, Biləsuvar, Lənkəran, Lerik, Astara, Ağdam, Bakı və Abşeron yarımadasında görünüş 50-500 metrədək məhdudlaşıb.

“Ölkə ərazisində dumanlı hava şəraiti martın 4-ü səhərədək davam edəcək”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-01-2025