Mobil versiya
Təhsil Nazirliyinin “İdman həftəsi” layihəsi davam edir
Tarix: 02-03-2022 | Saat: 14:09
Bölmə:Təhsil | çapa göndər

Təhsil Nazirliyinin “İdman həftəsi” layihəsi davam edir

Martıın 2-də Təhsil Nazirliyinin “İdman həftəsi” layihəsi çərçivəsində Bakı şəhəri 269 nömrəli tam orta məktəbdə tədbir keçirilib. Tədbirdə Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin nümayəndələri, tanınmış idmançılar iştirak ediblər.

AİA.Az xəbər verir ki, “İdman həftəsi” layihəsinin proqramına uyğun olaraq məktəbin şagirdlərinin iştirakı ilə nümunəvi çıxışlar, qol güləşi, basketbol idman növü üzrə yarışlar təşkil edilib, qaliblərə mükafatlar təqdim olunub.

Qeyd edək ki, “İdman həftəsi” layihəsi şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə 5 mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində fevralın 28-dən martın 4-dək ölkənin bütün ümumtəhsil müəssisələrində keçirilir.

Layihə çərçivəsində tərtib edilmiş proqrama uyğun olaraq məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, maarifləndirmə, müsabiqələr, yarışlar, görüşlər, mükafatlandırma tədbirləri təşkil ediləcək.

Layihə təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024