Mobil versiya
Nazir rəis müavinini pozuntulara görə işdən çıxardı
Tarix: 02-03-2022 | Saat: 12:50
Bölmə:Ölkə | çapa göndər

Nazir rəis müavinini pozuntulara görə işdən çıxardı

Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişi ilə Bakının Nizami Rayon Polis İdarəsində aparılan xidməti yoxlama yekunlaşıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yoxlama rayon ərazisində xidmətin zəif təşkil edilməsi və yol verilən nöqsanlar səbəbi ilə başlanılıb.

Yekunda pozuntulara görə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Nizami rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis polkovniki Müşviq Aslanov vəzifəsindən azad olunub. Həmçinin, daha bir neçə yüksək vəzifəli şəxs cəzalandırılıb.

Hazırda xidməti yoxlama davam edir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-01-2025