Dünyaya sevgi dolu gözlə baxan şair
Tarix: 01-03-2022 | Saat: 20:32
Bölmə:Media | çapa göndər

Xoş bir təsadüf mənim maraqlı və dəyərli bir insanla tanışlığıma imkan yaratmış oldu.
İnsan xarakterinin formalaşmasında böyüdüyü mühit mühüm rol oynadığı kimi, onun genetikası da az əhəmiyyət kəsb etmir. Bax bu genetikanın içərisində qanın və südün rolunu heç cür inkar etmək olmaz. Qanı təmiz, südü halal olanların övladları da haramdan uzaq durmağa, dünya nemətlərinin qulu olmamağa üstünlük verirlər. Bu gün mən sizlərə təmizlik və halallıqla böyüyüb, boya-başa çatmış, alın təri ilə əlləri torpaq yoğuran özü kasıb, ürəyi varlı bir azərbaycan oğlundan söhbət aşacam. O şəxsdən ki, o Azərbaycanın bütün ağrılarını ürəyindən, beynindən keçirərək poeziyanın dili ilə mübarizə aparmağı bacarır.
Poeziya bir aləmdir, əsl şair isə onun nurlu günəşi. Şair qəlbi nurlu olur. Həqiqi şair dünyanı işıq selində, işıq içində görür. Sevimli şairimiz Ruslan Abbas kimi. Ruslan Abbas poetik dünyasına vurğun olduğum bir şairdir. Onun qəlbi və həyata baxışı nurlu, əsərləri günəş tək hərarətli, yaz yağışı qədər həzindir.
Ruslan Abbas poeziyasının xüsusi bir rəngi, boyası var. Bu boyanı onun şeirindən ayırmaq olmaz. Ayırmaq mümkün olsa, şeir bütün ifadəlik məziyyətlərini itirər. Ruslan Abbas şerinin ifadə tərzi gözəl və təbiidir, fikirləri yeni və səmimidir.
Onun şeirlərini oxuduqca misralar sanki ana südü kimi, bulaq suyu kimi içilir, mənəviyyatımız nurla, şəfqətlə qidalanır.
Ruslan Nazim oğlu Abassov 1987-ci ildə Gədəbəy rayon Çobankənd kəndində anadan olub. 2004-ci ildə Firdovsi Əliyev adına Çobankənd kənd orta məktəbinin məzunu olub. Qələmə aldığı əsərlərinin böyük bir qismi bir sıra mətbuat orqanlarında və “Xəzinə” poeziya antalogiyasında dərc olunub.
Bir çox şeir müsabiqələrinin qalibi olaraq fəxri fərmanlara sertifikatlara laiq görülüb. Yaradıcılığa məktəb illərindən başlayıb. Ruslan Abass imzası ilə şeirlər yazır.
- Ruslan Abass , öncə ədəbiyyata gəlişinizdən söhbət açardınız. Şeir sənət aləmi sizə nələr bəxş edir?
- Ədəbiyyat mənə milli ruha bağlılığı, vətəni sevməyi, ən əsası, sözün qüdrətini aşılayıb. Həmçinin çiynimə çox böyük mənəvi yük qoyub. Söz sənəti qarşısında yüksək vəzifələr qoyur. Şeir asan yaranmır, şair qəlbi ümman kimi çağlamalı, şimşək kimi parlamalı, daim axtarışda olmalı, yazmalı, yaratmalıdır.
Burda şəhid olan igidim yatır,
Hayana baxıram bura vətəndir .
Burda xoşbəxt ruhum arzuya çatır,
Harda şəhidim var ora vətəndir.
Qanıyla aldığı torpaq bizimdir,
Üçrəngli ucalan bayraq bizimdir .
Görünən bu yerdə hər dağ bizimdir,
Köksündə vurulmuş yara vətəndir.
- Bəs şair kimdir?
- Şair dünyanı özünəməxsus tərzdə görən, duyan, heç kimin görmədiyi dünyanı görən, onu poetik notlarla təsvir edən insandır. Şair Allah payıdır, şair, bəlkə də, Tanrının insana demək istədiklərini çatdıran müqəddəs vasitədir. Şair qəlbini dərdlilərin ümid yeri, sirdaşı, loğmanı, təbibi, dayağı olmalıdır. Şairin şeiri bir vətəndaş kimi vətən, el, bəşəriyyət uğrunda, kamillik uğrunda mübarizəyə aparmalıdır.
- Şeirlərinizin özünəməxsusluğu nədir?
- Həmin rənglər, duyum tərzi. Özüm olmaq, öz dünyamın içindən boylanıb baxmaq. Şeir hansısa misradan, emosianal hisslərdən, hər hansı həyat hadisəsinə münasibətdən və ya duyğulardan yarana bilər. Mən hər zaman hiss edirəm ki, mənim daxilimdə həzin bir aşıq saz melodiyası var. O misralar da məhz o melodiyaylarla gəlir.
Hara getsəm torpaq mənə çox əziz,
Canımda can qanımda, qan Gədəbəy.
Suyu safdı insanları gülərüz,
Damarımda axan qandı Gədəbəy.
Şairlərin vətənidir bu torpaq.
Saz diyarı söz diyarı bu torpaq,
Öyrədibdi düz ilqarı bu
torpaq,
Saf əqidəm vicdanımdı Gədəbəy.
Poladlarırın İlyasların yurdudur,
Rəfilərin Ayazların yurdudur.
Pirverdinin Nürəddinin yurdudur,
Qələmlərin məkanıdır Gədəbəy.
– Deyirlər, insan yaşa dolduqca müdrikləşir. Hansı vəziyyətdə insan tez müdrikləşə bilər, hansı vəziyyətdə müdriklik gecikə bilər?
– Məncə, müdriklik Allah payıdı. Onun qocalığa cavanlığa dəxli yoxdur. Şəraitə görə müdriklik varsa, artıra bilərsən. Yoxsa, Allah sənə müdriklik verməyibsə, neyləmək olar. Nəyə qadirsən onunla yaşamaq lazımdır. Hər kəs kamil olmur həyatda .bu dünya tərəzi . Əvvəl insan olmağı .sora dürüstlüyü, vicdanlı olmağı örgədərdim.
-Ruslan Abbasın ilham mənbəyi nədir ?
Mənim ilham mənbəyim: təbiət, dağlar, bulaqlar, çöl,
çəməndir. Çünki mən dağlar qoynunda böyümüşəm.
Hər çiçəkdən ilham aldım,
Hər bir gülə sevgi verdim.
Ruhumu dağlardan aldım,
Beləcənə ömrü verdim.
Dağlar mənim vüqarımdı,
Dağlar əhdim ilqarımdı.
Dağlar mənim diyarımdı,
Beləcənə ömrü verdim.
Ruhum sözüm saz beşiyim.
Təravətli yaz beşiyim.
Öz anamdı öz beşiyim,
Beləcənə ömrü verdim.
- Şair nə vaxt inciyir?
Şair özü boyda bir sirr qalasıdı. Dərdini, qəmini özgələrdən gizli saxlayır. Könül pəncərəsini, qəlb dünyasını heç kimə açmır. Bəlkə də onun könül pəncərəsini, qəlb dünyasını onu olduğu kimi qəbul edib, dərk edən olmadığından özünü tənha hiss edir inciyir.
Ay mənim sevgimin öz adamları,
Yığışın başına sevin şairi.
Sözə dəyər verən söz adamları,
İtirib axtarın gəzin şairi .
Şair küskün deyil nə acı deyil,
Şair həyatından narazı deyil.
Şair bu dünyada qalası deyil,
Öləndən sonrası çözün şairi.
Ay mənim evgimin öz adamları,
Mən özüm sevirəm düz adamları.
Biz haqdan verilən söz adamları,
Arada yad edin bizim şairi.
- Bir şeiriniz var: “Sən bilmədin”. Səni bilməyənə səni bildirmək istəmək - onlar buna layiqdimi?
İcazənizlə elə o şeirin özü ilə cavab verim.
Uçub getdin uzaqlara, yox oldun,
Sinəm üstə bir sancılmış ox oldun.
Aylar ötdü, il dolaşdı: çox oldu,
Sən bilmədin, ay insafsız, qədrimi.
Kim ayrılıq şərbətindən içibsə,
Kim mənitək bu yolları keçibsə,
Kim təkliyi gecələri seçibsə,
Onlar bilir, onlar çəkir dərdini.
Öz eşqinə sahib çıxmaq çətindi,
Sevib ayrı qalan neynir bəs indi?
Cismimlə ruhumun simin kəsimmi -
Kimə deyim, kim anlasın dərdimi.
Sən gələndə gec olacaq zaman da,
Yağış olub yox olacaq duman da.
Sən onda eşq gəzib sevgi umanda,
Onda artıq ot basacaq qəbrimi...
- Təşəkkür edirik şair qələminiz iti sözünüz kəsərli oxucu sevginiz bol olsun!
Ömrün belə enişli-yoxuşlu günləri şairi narahat eləmir. Yaşamağın dadını keçirdiyi acılı-şirinli günlərdə geyil, "yeyilən çörəyin halallığında görür. Ömrün hamıya bərabər paylanmadığını-kiminin bu dünyadan qocalıb əldən düşmüş, kiminin ömrünün yarımçıq kəsildiyini təsvir və tərənnüm etməklə bərabər yaşamağın dadınınn "halal çörək"də olduğunu, "haram çörəyin bərəkət" vermədiyini bildirir. Ömürə düşən günlərin də həmişə şən keçmədiyini, qayğılı, qüssəli, bəzən bal kimi şirin olmasına təbii baxır.
Dünya, aləm başdan-başa gözəlliklərlə doludur. Yalnız ətrafa nəzər salmaq, təbiətdəki gözəllikləri görmək və duymaq, bir də hər zaman insanı düşündürən mütəfəkkir ədib Ruslan Abbasın yaradıcılığını sevərək və anlaya-anlaya oxumaq lazımdır. Təbiətdə və insandakı gözəlliyi görən, duyan və bu gözəlliklərdən zövq alan şair nə yazıbsa, gözəllik və sevgiyə tapınaraq yazıb.
Onun gözəllik və sevgiyə tapınmağı həqiqət axtarışlarından başlayır.
AMEA Dendrologiya İnstitutu “İctimaiyyətlə əlaqələr şöbəsinin” müdiri Tünzalə Zeyvəliyeva
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər