Mobil versiya
Yaz semestri üzrə təhsil krediti alacaq tələbələrin sayı açıqlanıb
Tarix: 01-03-2022 | Saat: 13:15
Bölmə:Təhsil | çapa göndər

Yaz semestri üzrə təhsil krediti alacaq tələbələrin sayı açıqlanıb

16 fevral tarixindən etibarən 2021-2022-ci tədris ilinin yaz semestri üzrə elektron müraciətlərin qəbuluna başlanılıb. 8 iş günü ərzində 1200-dən çox yeni müraciət daxil olub.

Bu barədə Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, ilkin olaraq emalı son mərhələyə çatan 249 tələbənin təhsil krediti almaq hüququ müəyyən edilib. 19 tələbənin isə müraciətindəki uyğunsuzluqlara görə təkrar müraciət hüququ verilməklə imtina verilib. Digər tələbələrin isə müraciətləri müxtəlif mərhələlər üzrə emal edilməkdə və yeni müraciətlərin qəbulu davam etməkdədir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024