Mobil versiya
Sosial-İqtisadi Kollecdə tədbir: Xocalım, viran qalmış şəhərim
Tarix: 25-02-2022 | Saat: 19:27
Bölmə:Təhsil | çapa göndər

Sosial-İqtisadi Kollecdə tədbir: Xocalım, viran qalmış şəhərim

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecdə “Xocalım, viran qalmış şəhərim” adlı tədbir keçirilib.

AİA.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan kollecin sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev Xocalı soyqırımının özünün siyasi-hüquqi qiymətini yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra aldığını diqqətə çatdırıb. O vurğulayıb ki, bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılıb. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Milli Məclisi fevralın 26-nı Xocalı Soyqırımı Günü elan edib. Bu gün də dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər davam etdirilir.

Kollecin tarix müəllimi Qələndər Muxtarlı çıxışında faciənin başvermə səbəblərini tələbələrin nəzərinə çatdırıb. Daha sonra kollecin müəllimi, Xocalı rayon sakini Eldəniz Əbdülov faciə günü yaşadıqlarını və ermənilərin şəhər sakinlərinə necə divan tutduqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Dəhşətli gecədə yaşanan faciədən danışıb. Qeyd edib ki, erməni terrorçularının dinc əhalinin başına gətirdikləri soyqırımı insanlığa sığmayan vandalizm aktıdır, cinayətdir.

Tədbirdə tələbələrdən Ləman Niftəliyeva, Kənan İsmayılov, Aydan Ələkbərova Əlizamin Talıbzadə və Firəngiz Hümbətovanın Xocalı soyqırımı ilə bağlı çıxışları dinlənilib.

Tədbirin sonunda Xocalı soyqırımı haqqında “Ümid işığı” sənədli filmi nümayiş olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024