205 saylı məktəbdə Xocalı Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib
Tarix: 25-02-2022 | Saat: 17:46
Bölmə:Təhsil | çapa göndər
Bu gün Bakının Binəqədi qəsəbəsində yerləşən 205 saylı tam orta məktəbin 2b sinfində Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib. Sinif rəhbəri Səlbi Rzayeva Xocalı hadisələri ilə bağlı şagirdlərə ətraflı məlumat verərək bildirib ki, düz 30 il bundan öncə, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə xaincəsinə hücum ediblər. Vəhşiləşmiş, azğınlaşmış erməni faşistləri qədim Azərbaycan torpağı olan Xocalını yerlə-yeksan edib, yüzlərlə günahsız, dinc insanı amansızcasına qətlə yetiriblər. Həmin gecə Erməni quldurlarının, terrorçularının amansız vəhşiliyi nəticəsində 613 nəfər Xocalı sakini qətlə yetirildi, 1275 nəfər əsir götürüldü, 100-dən artıq sakin yaralandı və şikəst oldu. Qətl edilənlərin 106 nəfəri qadın, 63 nəfəri azyaşlı uşaqlar, 70 nəfəri isə qocalar idi.
Daha sonra Səlbi Rzayeva öz şagirdlərinə bildirib ki, ilk dəfə 1994-cü il fevralın 24-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edilib və bundan sonra hər il fevralın 26-sı Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Bu gün isə Ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti, gərgin səyləri nəticəsində dünyanın bir çox ölkələri Xocalı faciəsini xalqımıza qarşı törədilmiş soyqırımı kimi qəbul ediblər. Sonda sinif rəhbəri Səlbi Rzayeva öz şagirdlərinə bildirib ki, biz Xocalı faciəsini və ermənilərin törətdikləri digər vəhşilikləri heç zaman unutmamalıyıq: “Bu gün dünyada hər il Xocalı faciəsinin ildönümündə bu qətliamın qurbanlarının xatirəsi anılan ölkələrin sayı getdikcə artır. Biz Xocalı qurbanlarını heç zaman unutmamalıyıq. Çünki Xocalı faciəsi bizim tariximizin ən qanlı səhifələrindən biridir. Öz tarixini unudan xalqın isə, gələcəyi olmaz” – deyə Səlbi Rzayeva qeyd edib.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu