Mobil versiya
"Sərdar nə məni, nə Xloeni sevirdi"
Tarix: 24-02-2022 | Saat: 09:56
Bölmə:Şou-biznes | çapa göndər

"Sərdar nə məni, nə Xloeni sevirdi"

Türkiyəli müğənni Sərdar Ortaçın keçmiş sevgilisi Seçil Gür aparıcı Gökhan Kalaycıoğlunun proqramında qonaq olub.

AİA.Az axşam.az-a istinadən xəbər verir ki, Seçil illərdir musiqi ilə məşğul olmasına baxmayaraq adının Sərdarla tanınmasının xoş olmadığını vurğulayıb:

"Öz adıma deyirəm, bu mənliyimi sındırır. İlk dəfə bir məşhurla münasibətdə oldum. Çox çətin imiş, əvəzini ödədim. Serdar maqazinlə çox iç-içə yaşayan biridir. Tanınmış çox dostum var. Amma heç biri Sərdar qədər media olan yerdə gəzmir".

O, Sərdarın sevməyi bacarmadığını da əlavə edib:

"Məni onun sağlamlığından başqa heç nə maraqlandırmırdı. Onu sevdiyim üçün bir il yarım yanında oldum. Sevmədiyim şəxsin yanında bir saniyə belə dayanmaram. Sərdarın kimisə sevdiyini düşünmürəm. O, nə Xloeni (red. - S.Ortacın keçmiş həyat yoldaşı, model Xloe Luqnan), nə məni, nə bir başqasını, nə də özünü sevdiyini düşünürəm".

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-11-2024