Mobil versiya
Qənirə Paşayeva şəhid "bordo bərəli"nin evində (VİDEO)
Tarix: 10-05-2016 | Saat: 17:14
Bölmə:Aia TV | çapa göndər



Türkiyənin Hatay şəhərində bordo bərəli kapitan Rza Firat qayalıqlardan düşüb şəhid olub.

Hərbçinin cənazəsi təyyarə ilə məmləkəti Adıyamana gətirilib. Şəhid Firatın cənazəsini hava limanında vali Mahmud Demirtaş, bələdiyyə başçısı Xosrov Kutlu, Qarnizon komandiri, Ercan Atasoy, atası Mustafa, anası Həlimə və yaxınları qarşılayıb.

Əsgərlərin çiyinlərində şəhid Firatın cənazəsi ata evinə aparılaraq halallıq alınıb. Şəhidin tabutunu görən yaxınları sarsıntı keçirən yaxınları çətinliklə sakitləşdirilib. Azərbaycanlı millət vəkili Qənirə Paşayeva da ailəni ziyarət edərək başsağlığı verib. Paşayeva terror təşkilatını və arxasında duran qüvvələri lənətləyərək sözlərinə belə davam edib:

"Terroru, terror təşkilatını onun arxasında duran bütün gücləri qətiliklə lənətləyirəm. Azərbaycan olaraq qardaş Türkiyəmizin yanındayıq. Terrorla mübarizədə də qardaş Türkiyəmizin yanında olduğumuzu hər platformada söylədik. Bütün beynəlxalq təşkilatların yığıncaqlarında bunu açıq bir şəkildə dilə gətirdik. Avropa Şurasında, Strasburqda, Brüsseldə, dünyanın hər yerində çıxış edərək Avropaya çağırış etdik. Orada söylədik ki, Avropa terrorla mübarizədə Türkiyəyə daha çox dəstək verməlidir. Avropa artıq bu ikili standartlardan imtina etməlidir. Qardaş Türkiyəni bölmək, parçalamaq istəyənlərin qarşısında biz də varıq. Biz də lazım olsa buradakı vətənimiz üçün canımızı verməyə hazırıq".




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024