AZ RU Mobil versiya
Könül Nurullayeva: “İdarəçilikdə sağlam yanaşma dövlətin və cəmiyyətin inkişafı deməkdir”
Tarix: 19-02-2022 | Saat: 13:07
Bölmə:Manşet / Siyasət / Seçilənlər-7 | çapa göndər

Könül Nurullayeva:  “İdarəçilikdə sağlam yanaşma dövlətin və cəmiyyətin inkişafı deməkdir”

Prezident İlham Əliyevin yeni təyinatları ictimaiyyət üçün açıq etməsi cəmiyyətin dövlət başçısının töviyyələrini və məmurların məsuliyyətini görməsinə imkan yaradır. Yeni təyin olunan icra başçılarından ən böyük gözlənti etimadı doğrultmaları, vətəndaşların rəğbətini qazanmaq, ölkədə gedən islahatları dərinləşdirmək üçün səylər göstərmələridir. Bu gün həqiqətən də bölgələrdə vəziyyəti dərindən təhlil etməyə ehtiyac var. Bu təhlil mövcud problemlərin həllinə də kömək edəcək. Məqsəd paytaxtla paralel bölgələrdə də canlanma və inkişafı təmin etməkdir. Dövlət başçısının çıxıçından da aydın oldu ki, hətta paytaxtda belə bu günə qədər mövcud olan problemlər var. Xüsusilə inkişafa yönəlmiş addımlar bütün guşələrdə atılmalıdır. İnsanları narahat edən problemlərin həlli həm Bakıda, həm bölgələrdə ön planda olmalıdır. Yerlərdə həllini gözləyən problemlərin vaxtında çözülməsi vacibdir. Burada təbii ki, həm mərkəzi icra orqanlarının da məsuliyyəti var, sadəcə bu orqanlara vaxtında və aidiyyatı üzrə müraciət olunmalıdır. İcra başçılarının insanlarla sıx təmasda olması problemlərlə yerində tanış olmağa və onları vaxtında həll etməyə imkan verir. Bütün məmurlar qarşısında qoyulan əsas vəzifə budur. Prezident İlham Əliyev hər zaman qeyd edir ki, “hər bir dövlət məmuru Prezident başda olmaq şərti ilə xalqın xidmətçisidir”. Bu yanaşma hər bir məmur üçün nümunə olmalıdır.

Müşahidə olunan neqativ faktlar aradan qaldırılmalıdır. Prezident İlham Əliyevin söylədiyi kimi, yüksək vəzifə yüksək imtiyaz yox, məsuliyyət olmalıdır. Bu prinsipləri pozanlara qarşı bundan sonra da ciddi tədbirlər görüləcək.

Prezidentin yeni icra başçılarından, o cümlədən də bütün məmurlardan ən böyük gözləntisi həm də kadr sahəsində kadrların düzgün seçilməsidir. Həqiqətən təcrübə də göstərir ki, düzgün kadr seçimi böyük dərəcədə işlərin uğurla getməsinə şərait yaradacaq. “Tanışlıq, qohumluq əlaqələri və hansısa başqa prinsiplər tamamilə aradan qaldırılmalıdır. Elə kadrlar seçilməlidir ki, bu kadrlar dövlət məmurları qarşısında duran vəzifələri şərəflə yerinə yetirsinlər. Eyni zamanda, qeyd etdiyim kimi, vətənpərvər insanlar, dövlətə, xalqa bağlı olan insanlar, əlbəttə ki, ön plana çıxmalıdır və kadr təyinatları aparılanda bu, nəzərə alınmalıdır” söyləməklə dövlət başçımız çox ciddi problemin həllini tələb edir. Bu cür sağlam yanaşmanın idarəçilikdə tətbiqi bütövlükdə dövlətin və cəmiyyətin inkişafı deməkdir.

AIA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

115 886 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə