Mobil versiya
Manaf Ağayevin keçdiyi polis postunda araşdırma başladı
Tarix: 18-02-2022 | Saat: 16:18
Bölmə:Karusel / Şou-biznes | çapa göndər

Manaf Ağayevin keçdiyi polis postunda araşdırma başladı

Müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz səfəri ilə bağlı onun keçdiyi polis postunda yoxlamalara başlanılıb.

aia.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin rəisi Ehsan Zahidov məlumat verib. Onun sözlərinə görə, araşdırmanın nəticəsinə uyğun yekun qərar veriləcək.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə müğənni M.Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılmışdı. Daha sonra Bakı şəhəri ərazisində M.Ağayev və onun yanındakı vətəndaş S.Hüseynov polis idarəsinə dəvət olunublar. Bu gün onlar barəsində 15 sutka həbs cəzası qərarı verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024