Mobil versiya
Bu gündən yaz semestri üçün təhsil kreditinə müraciətlərin qəbulu başlayıb
Tarix: 16-02-2022 | Saat: 10:07
Bölmə:Təhsil | çapa göndər

Bu gündən yaz semestri üçün təhsil kreditinə müraciətlərin qəbulu başlayıb

2021-2022-ci tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti almaq üçün müraciətlərin qəbulu başa çatır. Proses 16 fevral saat 00:00-dək davam edəcək.

Təhsil Nazirliyindən aia.az-a verilən məlumata görə, bu günədək tələbə krediti üçün 5651 müraciət qeydə alınıb. Onlardan 2447-si rəsmiləşdirilib, təhsil haqqı ödənilib.

Fevralın 16-dan cari tədris ilinin yaz semestri üçün təhsil tələbə kreditinə müraciətlərin qəbuluna start veriləcək.

Qeyd edək ki, təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-04-2024