Mobil versiya
Tələblər qoyulub, gec-tez dəyişikliklər olacaq
Tarix: 10-05-2016 | Saat: 13:29
Bölmə:Şou-biznes | çapa göndər

Tələblər qoyulub, gec-tez dəyişikliklər olacaq


Paytaxtın avtobus sərnişin nəqliyyatı sistemində dəyişikliklər edilməsi istiqamətində işlər artıq başlayıb və davam etdirilir. Hətta qısa müddət ərzində müəyyən uğurlar da əldə edilib. Amma bu sahədə problemlərin konkret nə vaxt tam aradan qaldırılacağına dair dəqiq vaxt demək olmaz.

Bu barədə açıqlamasında Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" (NİİM) MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri-mətbuat katibi Rauf Mirqulamov bildirib.

Onun sözlərinə görə, yeni yaradılan Bakı Nəqliyyat Agentliyi bu məqsədlə sərnişin nəqliyyatı sahəsində fəaliyyət göstərən daşıyıcılara dair bir sıra tələblər irəli sürüb:

"Onların içində avtobusların texniki cəhətdən saz və təmiz olması, sanitar-gigiyena qaydalarına tam riayət edilməsi, AVRO-5 standartına keçilməsi, insanların rahatlıqla minib-düşməsi üçün el arasında "alçaq daban" deyilən avtobusların olması, onların texniki baxışdan keçməsi, bütün avtobusların vahid ödəniş kartına keçid, avtobuslarda təhlükəsizliyin təmin edilməsi üçün videonəzarət kameralarının quraşdırılması, sürücülərin mütəmadi tibbi müayinədən keçməsi və hamısının vahid geyim formasında olması və sair tələbləri də var".

Şöbə müdiri qeyd edib ki, tələblər çox olduğuna görə, onların yerinə yetirilməsi üçün bir qədər vaxt lazım gələcək: "Vaxt deyəndə hamı elə bilir ki, bir neçə gündən sonra hər şey ideal olacaq, amma elə deyil. Bunun üçün müəyyən qədər vaxt lazımdır ki, hər şey tədricən, mərhələlərlə qaydasına düşsün. Və bu belə də olacaq. Heç kimdə şübhə olmasın. Biz bu sahədə mütləq müsbət dəyişiklikliyə nail olacağıq və insanlar bir müddət sonra həqiqətən də paytaxtın sərnişin nəqliyyatı sistemində əvvəlki illərlə müqayisədə baş verən ciddi dəyişiklikləri özləri görə biləcəklər".

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024