Keyfiyyətsiz məhsullar axırımıza çıxacaq
Tarix: 10-05-2016 | Saat: 13:25
Bölmə:İqtisadiyyat | çapa göndər
Ölkədə son zamanlar dövlət tərəfindən sahibkarlara hərtərəfli şərait yaradılmasına baxmayaraq, bəzi iş adamlarının bundan sui-istifadə etdiyi, istehlakçılara keyfiyyətsiz mal sırıdığı artıq heç kimə sirr deyil.
Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov da jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda elə
sahibkarlar var ki, yoxlamaların dayandırılmasından sui-istifadə edərək keyfiyyətsiz məhsul istehsal edirlər.
Lakin məsələni şərh edən iqtisadçı ekspert Rəşad Əliyev bildirib ki, o, Komitə sədrinin bu fikri ilə ümumiyyətlə razı deyil:
"Birincisi, ölkəmizdə məhsulların keyfiyyətinə dövlət nəzarəti o qədər də güclü deyildi ki, onun olub-olmamasının hansısa bir təsiri də hiss edilsin. Digər tərəfdən, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yoxlamaları dayandıra bilər, ancaq bu o demək deyil ki, bu qurum kənar müşahidələr aparmamalıdır. Məsələn, marketlərdə satılan məhsulların nümunələrini götürüb yoxlamaq və lazım qəldikdə ölçü götürməyə onlara heç kim mane ola bilməz. Buna görə də bu fikir anlaşılan deyil. Yox, əgər keyfiyyətə dövlət nəzarəti əvvəldən güclü olsaydı, bu fikirlə razı olmaq olardı".
Digər tərəfdən, ekspertin sözlərinə görə, baxır keyfiyyətsiz dedikdə nə nəzərdə tutulur: "Həmin qurumun yanaşmasına görə, bu, məhsulun qəbul edilmiş standartlara cavab verməməsidir. İstisna etmirəm ki, bir sıra müəssisələr hazırki vəziyyətdə xərcləri azaltmaq üçün keyfiyyəti aşağı salsınlar. Ancaq yenə də kənar müşahidələr aparmağı heç kim qadağa etməyib. Yəni Komitə istəsə, bu sahədə müsbət dəyişikliklərə nail ola bilər".
Aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024