Mobil versiya
Taksilərlə bağlı YENİ QƏRAR
Tarix: 10-05-2016 | Saat: 13:20
Bölmə:Şou-biznes | çapa göndər

Taksilərlə bağlı YENİ QƏRAR

"Yaxın gələcəkdə Bakı şəhərində bütün nəqliyyat vasitələrində gediş haqqı vahid kart sistemi ilə ödəniləcək. Artıq bu istiqamətdə mühüm işlər görülür".

Aia.az bildirir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Rauf Mirqulamov admiral.az-a deyib.

Onun sözlərinə görə, hazırda "BakıKart" aparatları ilə birlikdə şəhərin bir çox dayanacaqlarına MilliÖN aparatları da quraşdırılır. Yəni bu "BakıKart"la MilliÖN-ün inteqrasiyası deməkdir:

"Məqsəd şəhərdə tam vahid ödəmə sisteminə keçəndən sonra əhalinin rahatlığını təmin etməkdir. Artıq bu istiqamətdə işlər gedir. Hazırda paytaxtda 800-dən artıq avtobus dayanacağı var. Onların bəzilərinə MilliÖN, bəzilərinə isə "BakıKart" aparatları quraşdırlıb. Hazırda aparatların quraşdırılması davam edir".

Onun sözlərinə görə, gələcəkdə bütün sərnişin avtobuslarında gediş haqqı vahid ödəmə sistemi ilə tətbiq ediləcək:

"Bütün avtobuslarda ödəmə sistemləri quraşdırılacaq. Bundan sonra dayanacaqların hamısında aparatlar qoyulacaq".

Gözlənilir ki, yaxın gələcəkdə təkcə metro və avtobuslarda deyil, həmçinin taksilərdə də vahid ödəmə sistemi tətbiq edilsin. Bu zaman sərnişinlər taksilərə gedişhaqqını kartla ödəyə biləcəklər.

Məsələ ilə əlaqədar "Bakıkart" layihəsinin rəhbəri Ceyhun Əliyev Admiral.az-a açıqlamasında bildirib ki, Bakı Metropoliteninin stansiyalarında, avtobus dayanacaqlarında və mətbuat köşklərində "BakıKART" kart satış və yükləmə aparatları mövcuddur. Burada quraşdırılan xüsusi "BakıKART" avadanlıqları vasitəsilə kartları almaq olar. Bundan başqa, avtobus dayanacaqlarında MilliÖN aparatları qurulur.

Hazırda Bakı metropoliteni stansiyalarında 145 ədəd, avtobus dayanacaqlarında isə 50 ədəd "BakıKart", 117 ədəd MilliÖN aparatı quraşdırılıb. Yaxın gələcəkdə bu sayın artırılacağı gözlənilir.

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024