Mobil versiya
Saatlı rayon Səməd Vurğun adına 1 saylı şəhər tam orta məktəbin 8b sinif şagirdi Əlizadə Sürəyya Münasib qızı AWİS-in keçirdiyi Fantastik dördlük layihəsinin qalibi oldu.
Tarix: 14-02-2022 | Saat: 12:54
Bölmə:Təhsil | çapa göndər

Saatlı rayon Səməd Vurğun adına 1 saylı şəhər tam orta məktəbin 8b sinif şagirdi Əlizadə Sürəyya Münasib qızı AWİS-in keçirdiyi Fantastik dördlük layihəsinin qalibi oldu.

AWİS-in keçirdiyi yeni layihənin adı Fantastik dördlük idi. Yarışın ikinci turunun birinci mərhələsində Azərbaycanın hər yerindən olan 300+ məktəbli qız "Mən böyüyəndə kim olmaq istəyirəm?" adlı yazı işini təşkilata təqdim etdi. Maksimum 70 balı əhatə edən qiymətləndirmə cədvəlində 45 balı keçən 81 şagird ikinci turun ikinci mərhələsinə keçid haqqı qazandı. Onlardan biri də mən- Əlizadə Sürəyya idim.

İkinci mərhələdə bizlər komandalara bölündük. Bizə Dayanıqlı İnkişaf Məqsədləri barədə araşdırma edib onların qarşısında duran problemlərə bəzi çıxış yolları tapmaq tapşırıldı. Mənim üzvü olduğum komanda DİM 12 üzərində işləyirdi. Qrupda tədqiqatçı rolunda iştirak etdim, mühüm məlumatlar topladım. Bizə verilən 3 həftə ərzində prezentasiyamızı tam hazır etdik və təkmilləşdirdik. Həmin üç həftə ərzində mentorlarla görüşdük, müzakirələr etdik, çox maraqlı və faydalı təlimlərə, vebinarlara qoşulduq, təcrübə və bilik əldə etdik.


Daha sonra bizə fevral ayının 12-si UFAZ universitetində iştirak haqqı verildi. Burada biz labaratoriyaları gəzdik, məlumatlar əldə etdik.

Fevral ayının 13-ü isə Park İnn otelində bağlanış mərasimi keçirildi.16 komanda bir-bir (8 dəqiqəni keçməyəcək şəkildə) təqdimatını etdi. Fasilədən sonra qaliblər elan olundu. Nəticədə, üzvü olduğum komanda birinci yeri tutdu. Sertifikat və bəzi hədiyyələr qazandıq.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-04-2024