Mobil versiya
"Uşaqların atası imkanlı, babaları dünyaca tanınmış məşhur insandır" - Nura Suri
Tarix: 14-02-2022 | Saat: 09:48
Bölmə:Şou-biznes | çapa göndər

"Uşaqların atası imkanlı, babaları dünyaca tanınmış məşhur insandır" -

Müğənni Nura Suri "Söz baz" proqramına qonaq olub.

aia.az xəbər verir ki, o, verilişdə şəxsi həyatı ilə bağlı bəzi açıqlamalar edib. Belə ki, müğənni oğlunu oxutmaq üçün 4 evini satdığını deyib.

"Hər ay oğluma funt-sterlinqlə pul göndərməli idim. Makiyajımı, manikürümü, saç düzümümü özüm edirdim ki, xaricdə uşaq oxutdururam. Özümə o qədər qənaət edirdim ki... Oğlum hiss etməsin ki, anam əziyyətlə göndərir. Üç-dörd il əvvəl aldığım paltarları geyinirdim.Həyat yoldaşımdan qalan 4 evi satmışım. Evimin biri 23 nömrəli məktəblə üzbəüz idi. Bir binanın üçüncü mərtəbəsinin hamısı mənim idim. Ortancıl oğlum doğulanda onun üçün almışdıq. Sonra başqa bir mərkəzdə olan yerdə evimi satdım. İkinci dəfə ailəli olanda 1 aydan sonra boşandım. Orda heç nə olmayıb. Uşaqların atası imkanlıdır. Babaları dünyaca tanınmış məşhur insandır. İndi Amerikada onlara dəstək olur. Mən onları Amerikaya oxumağa göndərəndən, hər şey edəndən sonra nəsə edir onlara".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024