Azərbaycan və Türkiyə arasında peşə təhsili sahəsində əməkdaşlıqla bağlı növbəti görüş təşkil olunub
Tarix: 08-02-2022 | Saat: 13:01
Bölmə:Təhsil | çapa göndər
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Türkiyə Peşə Təhsili Baş İdarəsi arasında növbəti onlayn görüş keçirilib.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, görüşdə imzalanmış protokola uyğun olaraq 4 ixtisas üzrə təhsil proqramları və planlarının hazırlanması müzakirə edilib. Birgə əməkdaşlıq çərçivəsində mebel sənayesi, turizm və ictimai iaşə, həmçinin İKT sahəsini əhatə edən 4 ixtisas üzrə tədrisin təşkili nəzərdə tutulur. Bundan əlavə, Türkiyə təcrübəsinə əsaslan təhsil planlarının yerli şəraitə uyğunlaşdırılması üzrə işlərə başlanılıb. Protokol çərçivəsində hazırlanacaq 4 ixtisas üzrə təhsil proqramlarının Bakı və Qəbələ şəhərində yerləşən peşə təhsili müəssisələrində tətbiqi gözlənilir.
Qeyd edək ki, bu istiqamətdə davamlı olaraq keçirilən görüşlərin məqsədi “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” və protokol çərçivəsində işlərin müzakirəsidir. Sözügedən Protokol iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsini və müvafiq istiqamət üzrə Türkiyə təcrübəsinin öyrənilməsini özündə ehtiva edir.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu