Mobil versiya
"Hakim iki penaltimizi vermədi"
Tarix: 09-05-2016 | Saat: 14:12
Bölmə:İdman | çapa göndər

"Hakim iki penaltimizi vermədi"







Oyun çox maraqlı alındı. Sadəcə, hakim çox böyük səhvlərə yol verdi.
Aia.Az report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının kapitanı Elçin Əsədov Bakıdakı Avropa çempionatının 2-ci turunda Belçika ilə keçirdikləri qarşılaşmadan sonra deyib.

O bildirib ki, çexiyalı baş hakim Petr Ardeleanunun yanlış qərarları göz önündə olub: "O, iki penaltimizi vermədi".

Əsədov Azərbaycan millisinin 80 dəqiqəlik oyun boyunca qələbə üçün vuruşduğunu və əllərindən gələni etməyə çalışdıqlarını söyləyib: "Amma alınmadı. Bizə dəstək olan azarkeşlərin hamısına təşəkkürümüzü bildiririk".

Qeyd edək ki, Azərbaycan - Belçika qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-11-2024