Ana Sayfa > İdman > "Hakim iki penaltimizi vermədi"
"Hakim iki penaltimizi vermədi"9-05-2016, 14:12. Yazar: admin |
Oyun çox maraqlı alındı. Sadəcə, hakim çox böyük səhvlərə yol verdi. Aia.Az report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının kapitanı Elçin Əsədov Bakıdakı Avropa çempionatının 2-ci turunda Belçika ilə keçirdikləri qarşılaşmadan sonra deyib. O bildirib ki, çexiyalı baş hakim Petr Ardeleanunun yanlış qərarları göz önündə olub: "O, iki penaltimizi vermədi". Əsədov Azərbaycan millisinin 80 dəqiqəlik oyun boyunca qələbə üçün vuruşduğunu və əllərindən gələni etməyə çalışdıqlarını söyləyib: "Amma alınmadı. Bizə dəstək olan azarkeşlərin hamısına təşəkkürümüzü bildiririk". Qeyd edək ki, Azərbaycan - Belçika qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1. aia.az Geri dön |