Mobil versiya
Bu 2 ölkə arasında yeni MÜHARİBƏ başlayır
Tarix: 02-08-2026 | Saat: 18:30
Bölmə:Dünya | çapa göndər

Bu 2 ölkə arasında yeni MÜHARİBƏ başlayır


"ABŞ eyni vaxtda bir neçə istiqamətdə ciddi geosiyasi çağırışlarla üz-üzə qaldığı bir vaxtda əsas rəqibi Çinlə münasibətlərdə də yeni gərginlik xətti formalaşır".

Bu barədə aia.az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, Vaşinqtonun İran, Qəzza və Rusiya-Ukrayna müharibəsi ilə bağlı siyasəti davam edərkən Pekinlə iqtisadi, hərbi və texnoloji rəqabət getdikcə daha təhlükəli mərhələyə keçir:

"ABŞ dövlət katibi Marko Rubio "Fox News" telekanalına son müsahibəsində bildirib ki, Vaşinqtonla Pekin arasında istənilən iqtisadi və ya hərbi qarşıdurma bütün dünya üçün böyük fəlakətlə nəticələnə bilər. Rubionun sözlərinə görə, yaranmış mürəkkəb vəziyyət diqqətlə idarə edilməli və ABŞ-nin milli maraqları qurban verilməməlidir. Dövlət katibi Pekinlə dialoqa baxmayaraq, ölkəsinin milli və təhlükəsizlik maraqlarından geri çəkilməyəcəyinə də işarə edib. Onun "biz bu prosesləri tənzimləməliyik, ancaq dövlət maraqlarımızdan da əl çəkə bilmərik. Xarici siyasətin ən çətin işi də elə budur" cümləsi bundan xəbər verir. Rubio bunu deyərkən Tayvanı xatırladıb".

Elxan Şahinoğlunun fikrincə, bu məsələdə əsas mübahisə mövzularından biri məhz Tayvandır:

"Rubio Vaşinqtonun təzyiq və ya məcburiyyət yolu ilə Tayvan ətrafındakı status-kvonu dəyişdirmək üzrə hər hansı cəhdə qarşı çıxdığını bildirib. "Biz hazırkı status-kvoda heç bir dəyişikliyi dəstəkləmirik. Məcburiyyət və təzyiq vasitəsilə status-kvonun hər hansı formada dəyişdirilməsinin əleyhinə olardıq" - deyən dövlət katibi Vaşinqtonun ikitərəfli görüşlər zamanı bu mövqeyi Çin tərəfinə aydın şəkildə çatdırdığını xatırladıb".

Politoloq bildirib ki, Rubionun açıqlamalarında Vaşinqtonun Çinlə münasibətlərə yanaşmasının ziddiyyətli tərəfləri də görünür:

"Rubio bir tərəfdən Pekinlə normal münasibətlərə çalışdığını, digər tərəfdən Vaşinqtonun Tayvan məsələsində qəti mövqeyindən geri çəkilmədiyini bildirib. Halbuki, Pekinin qərarı qətidir: "Tayvan Çinə aiddir və birləşmə prosesinə heç bir dövlət, o cümlədən ABŞ mane olmamalıdır". Pekin Vaşinqtonun dünyadakı resurslar uğrunda sərt mübarizəsindən də şikayətçidir. Süni intellekt sahəsi iki ölkə arasında kəskin rəqabət meydanına çevrilib".

Elxan Şahinoğlu vurğulayıb ki, Çin özünü dünyaya geniş şəkildə təqdim edilməli olduğunu söyləyən aşağı qiymətli, açıq mənbəli süni intellekt texnologiyasının çempionu kimi təqdim edir. Mövcud durum Ağ Ev administrasiyasını ciddi narahat edir:

"Tramp administrasiyası hesab edir ki, Çin süni intellekt modellərini tənzimləmək yolunu seçib. Pekin isə əksinə, ABŞ-ni "süni intellekt hegemonluğunda" günahlandırır. Digər tərəfdən, Çin hakimiyyəti süni intellekt sistemlərinin sərt senzura filtrlərini aşa biləcəyindən narahatdır. Çinin süni intellekt sahəsində ABŞ ilə rəqabət aparmaq üçün qlobal təşkilat yaratması qərarı Pekinin Vaşinqtonu qabaqlamaq istəyindən irəli gəlir. Çinin rəhbərliyi ilə ötən ay qurulan Ümumdünya Süni İntellekt Əməkdaşlıq Təşkilatına (WAICO) 29 ölkə qoşulub. Təsis müqaviləsi Şanxayda keçirilən mərasimdə imzalanıb. Çin süni intellekt sahəsində ətrafına daha çox tərəfdaş toplamaqla Vaşinqtonun "Süni intellekt Fəaliyyət Planı" ilə rəqabətə hazırlaşır".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-08-2026