Mobil versiya
Yeni sistem sərnişin və yükdaşımada məmur-sahibkar təmasını minimuma endirəcək - Nazir müşaviri
Tarix: 27-01-2022 | Saat: 10:50
Bölmə:İqtisadiyyat | çapa göndər

Yeni sistem sərnişin və yükdaşımada məmur-sahibkar təmasını minimuma endirəcək -

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik-hüquqi şəxsin bazasında yaradılacaq AYNA informasiya sistemi sərnişin və yükdaşıma xidmətlərinin keyfiyyətinə müsbət təsir göstərməklə yanaşı, məmur-sahibkar təmasını da minimuma endirəcək.

Trend-in məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aida Bədəlova deyib.

A.Bədəlova çıxışında qeyd edib ki, Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində vətəndaşlarla münasibətdə şəffaflığın artırılmasını, onlara daha keyfiyyətli, rahat, müasir şəkildə xidmət göstərilməsini və vətəndaş məmnunluğunun təmin olunmasını ən vacib vəzifələr kimi müəyyənləşdirib, məmur-vətəndaş təmaslarının minimuma endirilməsinin zəruriliyini vurğulayıb:

"Yeni “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik-hüquqi şəxsin bazasında yaradılacaq AYNA informasiya sistemi bu istiqamətdə əhəmiyyətli addım olacaq. Sistem sərnişin və yükdaşıma xidmətlərinin keyfiyyətinə müsbət təsir göstərməklə yanaşı, məmur-sahibkar təmasını da minimuma endirəcək, bu sahədə göstərilən dövlət xidmətlərində şəffaflığın artmasına və neqativ halların tamamilə aradan qalxmasına müsbət töhfə verəcək", - müşavir qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024