2021-ci il vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi baxımından uğurlu bir il oldu
Tarix: 24-01-2022 | Saat: 09:30
Bölmə:İqtisadiyyat | çapa göndər
Prezident İlham Əliyevin siyasətinin mərkəzində hər zaman vətəndaş rifahının təminatı dayanıb və bu baxımdan 2021-ci il vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi baxımından uğurlu bir il oldu.
Milli Məclisin deputatı Cavid Osmanov Trend-in sualına cavabında bildirib ki, 2021 il Azərbaycan üçün digər sahələrdə olduğu kimi sosial islahatlar baxımından da uğurlu bir il oldu.
“Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində hər zaman Azərbaycan vətəndaşı və onun rifahı dayanıb. Vətəndaşların, xüsusilə də aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.
Cənab Prezidentin 2021-ci ildə imzaladığı fərman və sərəncamlar bu sahədə də yeni başlanğıcı hesab edilə bilər. Təkcə 2021-ci ilin dekabr ayında Prezident İlham Əliyevin imzaladığı yeni Fərman və Sərəncamlar sosial islahatların 2,1 milyon insanın rifahına dəstək olan və illik əlavə 1,5 milyard manat vəsait ayrılmasını nəzərdə tutan yeni mərhələsini açdı, minimum aylıq əməkhaqqı artırılaraq 250 manatdan 300 manata çatdırıldı.
Bu artım dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min nəfər olmaqla, 800 min işçini əhatə edir. Ümumilikdə son üç ildə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Bununla yanaşı 2021-ci ildə təqaüdlərin, pensiyaların, ünvanlı sosial yardımların və digər ödənişlərin artırılması istiqamətində vacib addımlar atıldı”, - deyə deputat bildirib.
O qeyd edib ki, sosial təminat sisteminin mühüm komponenti olan pensiyalarda artım 2021-ci ildə də davam etdi.
“İlin əvvəlindən pensiyaların sığorta hissəsi 11,4% indeksasiya edilərək artırıldı.
2021-ci ilin 11 ayının yekununa əsasən, pensiyaların orta aylıq məbləği daha 10% artaraq 331 manata, o cümlədən yaşa görə pensiyalaraın orta aylıq məbləği 9% artaraq 358 manata çatdı.
Ümumilikdə son üç ildə pensiyaların minimum məbləğində iki dəfəyə yaxın, orta aylıq məbləğində 60% artım baş verib”, - C.Osmanov əlavə edib.
Milli Məclisin deputatı Soltan Məmmədov isə Trend-ə bildirib ki, 2018-2021-ci illərdə sosial təminat, o cümlədən pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə illik xərclərdə 60% artımın qeydə alınması Azərbaycan dövlətinin əhalinin sosial müdafiəsinə nə qədər ciddi önəm verdiyini göstərir.
“Dövlət büdcəsində bu istiqamətdə xərclərin 6,4 milyard manata çatması Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən bir olduğunu təsdiq edir.
Son illərdə sosial müdafiə və aktiv məşğulluq proqramlarının daha da genişləndirilməsi, eləcə də pensiya və müavinətlərdə ciddi artım, əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi, aztəminatlı ailələrə dövlət tərəfindən edilən yardımlar, sosial xidmətlərin şəffaf və operativ mexanizmlərinin yaradılması ölkədə bu sahədə ardıcıl və sistemli islahatların aparıldığını göstərir”, - deyə S.Məmmədov vurğulayıb.
O qeyd edib ki, Azərbaycanda şəhid ailələri və müharibə əlillərinə qayğı, onların rifahının yaxşılaşdırılması dövlətin əsas hədəflərindən biridir.
“12 min şəhid ailəsi və müharibə əlilinə mənzil və fərdi evlər verilib. 7400 müharibə əlili avtomobillə təmin edilib. Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə bu kateqoriyalardan olanlara 2021-2025-ci illərdə 11 min mənzil və ya fərdi evin verilməsi nəzərdə tutulur. Bütün bunlar kifayətə qədər ciddi göstəricilərdir. Hesab edirəm ki, bu rəqəmlər cənab Prezidentin dəfələrlə vurğuladığı "Azərbaycan dövlətinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır" tezisini bir daha təsdiq edir”, - deyə deputat əlavə edib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024