AZ RU Mobil versiya
AzTU-da "Texnofest-2022" festivalının təqdimatı olub
Tarix: 21-01-2022 | Saat: 18:24
Bölmə:Təhsil | çapa göndər

AzTU-da "Texnofest-2022" festivalının təqdimatı olub

Azərbaycan Texniki Universitetində (AzTU) 2022-ci ildə Azərbaycanda keçiriləcək dünyanın ən böyük aerokosmik və texnologiya festivalı “Texnofest-2022”nin təqdimatı keçirilib.

Tədbirdə çıxış edən AzTU-nun rəqəmsallaşma və layihələr üzrə prorektoru Rəşad Əliyev festival barədə məlumat verib. Bildirib ki, AzTU "Texnofest-2022" festivalının Azərbaycandakı rəsmi tərəfdaşıdır. Rəşad Əliyev texnologiya sahəsində çalışan, bu sahəyə marağı olan hər kəsi festivalında iştiraka dəvət edib.

Daha sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Texnofest" ofisinin əməliyyat meneceri Zeynəb Babayeva təqdimatla çıxış edib. O, festivalda iştirak qaydaları və şərtlər, müsabiqələr, mükafat fondları və digər məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, festivalda iştirak etmək istəyənlər bu və digər məlumatları daha ətraflı https://teknofest.az/az/ saytından əldə edə bilərlər.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, “Texnofest-2022” 26-29 may tarixlərində Bakıda “Crystal Hall” və Dənizkənarı Milli Parkda keçiriləcək.

AİA.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5124 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-05-2022
25-05-2022