Mobil versiya
Bankların dollar almamasının 3 səbəbi…
Tarix: 08-05-2016 | Saat: 18:02
Bölmə:İqtisadiyyat | çapa göndər

Bankların dollar almamasının 3 səbəbi…





Dünən Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarıb. Fondun məlumatına görə, bu vəsaitdən 4,9 milyon ABŞ dolları məbləğində vəsait 5 banka və 30 milyon ABŞ dolları məbləğində vəsait isə Mərkəzi Banka satılıb.

Iqtisadçı-ekspert Nicat Hacızadə bankların dollara tələbinin azalmasının səbəbini bir sıra amillərlə bağlayır: "Ölkədə manatın bahalaşmasının əsas səbəbi milli valyutanın özünəgüvəni qaytarması deyil, bankların maddi aktivlərindəki dollarlaşma ilə birbaşa əlaqədardır. Daha açıq şəkildə desək, təklif tələbi üstələyir".

Ekspert deyir ki, bankların maliyyə hesabatlarına əsasən, depozitlərin əksər hissəsi xarici valyutada saxlanılır: "Bu da aktivlərdə nağd pul vəsaitlərinin əksər hissəsinin dollar şəklində olması deməkdir. Reytinq dərəcəsinin daha aşağı olduğunu nəzərə alsaq, əksər ölkə bankları xarici maliyyə institutlarından nə istiqraz vasitəsilə, nə də nağd yolla pul vəsaiti cəlb edə bilirlər. Buna heç risk etmirlər".

N.Hacızadə eyni zamanda qeyd edir ki, bankların dollara olan tələbinin az olmasının səbəblərindən biri də aktivlərdəki dollarizasiyadan əlavə gəlir təmin edə bilməməsidir:

"İlk növbədə artıq bir sıra bank rəhbərlikləri kreditorlara dollarla kredit verən zaman daha incə təhlillərə getməsini tapşırıblar. Səbəb aydındır, ölkə valyutasının bilinməyən koridoru risklərin idarə edilməsinə imkan vermir.

İkinci Maliyyə Bazarlarına Nəzarət Palatası bir müddətlik dollarla istehlak krediti verməni dayandırıb. Məsələ burdadır ki, bir sıra maliyyə qurumlarının gəlir portfeli istehlak kreditləri üzərində qurulub. Strategiyanın dəyişdirilməsi uzun müddət tələb edir. Belə olan şəraitdə dollarla kredit vermək də mümkün olmur. Nəzərə alsaq ki, Mərkəzi Bank tərəfindən darlaşdırılan milli valyuta üzrə əksər banklar kredit vermirlər. Xarici valyuta əməliyyatlarında müvəqqəti məhdudlaşmalar gəlirlilik portfelinə təsir edir və bu da dollara qarşı tələbi azaldır. Təqaüdçülər üzrə gəlirlilik portfelinin artıq olmayacağını da nəzərə alsaq, məsələ aydındır. Amma təbii ki, burada pensiyaçıları birbaşa kreditdən məhrum etmə siyasəti yoxdur. Sadəcə yeni kredit haqqında normativ hüquqi bazanın yaradılmasına qədər prosesi bir qədər səngitməkdi".

Ekspertə görə,milli valyutanın möhkəmlənməsinin digər bir amili də idxalın azalması ilə əlaqəlidir: "Lakin bu, daxili istehsalın artması anlamına gəlməməlidir. Ölkədə sahibkarlar üçün manatla pul vəsaiti verəcək mənbə yoxdur. Əlində qalan vəsaitlərlə sahibkar uzun müddət ölkəyə məhsul gətirə bilməyəcək.

Postneft dövrünə uyğunlaşdırılacaq kredit siyasəti əhalinin mənafelərinə xidmət etməlidir. Artıq ikinci monetar siyasət həyata keçirən qurumun da əhalinin devalvasiya zamanı xarici valyutada götürdüyü kreditlər üzrə yaranan fərq kompensasiya olunmayacaq. Əsaslandırma yenə də maliyyə nizam intizamının pozulmasıdır. Düşünürəm ki, nizam-intizam arzulayan qurumlar baş verən hadisələri tənzimləməzdən əvvəl özlərinin daxilii strukturunda nizam intizam yaratsınlar".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024