Mobil versiya
Sürücülük vəsiqələri pul kartı kimi istifadə ediləcək
Tarix: 08-05-2016 | Saat: 17:17
Bölmə:Manşet2 | çapa göndər

Sürücülük vəsiqələri pul kartı kimi istifadə ediləcək






Sürücülük vəsiqələrindən plastik ödəmə kartı kimi də istifadə etmək mümkün olacaq

2013-cü ilin yanvar ayından etibarən sürücülük vəsiqələri yenilənməyə başlayıb.

Bu vəsiqə köhnələrdən həm ölçüsünə, həm də içərisindəki məlumatlara görə fərqlənir. Yeni vəsiqələrin içərisinə xüsusi çip yerləşdirilib. Həmin elektron daşıyıcı sayəsində gələcəkdə sürücülük vəsiqələrinin balansına pul yükləmək və onlardan ödəniş vasitəsi kimi istifadə edilməsi mümkün olacaq.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, gələcəkdə bu çiplərin vasitəsilə müəyyən ödənişlərin də həyata keçirilməsi mümkün olacaq. «Bu çiplərdən banklarda istifadə oluna bilər, bura müəyyən pul yatırıla bilər ki, sürücülər onunla müəyyən ödənişləri, məsələn cərimələrini ödəyə bilsinlər». Gələcəkdə bu kartın balansındakı pula metroda və avtobuslarla gediş haqqını da ödəmək mümkün olacaq».

Hətta bəzi banklar da bu prosesə maraq göstərib. Lakin hələlik qəti qərar qəbul edilməyib.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki,2013-cü ildən əvvəl verilən sürücülük vəsiqələri də istifadə müddəti bitdiyi üçün dəyişdirilərkən çip yerləşdirilmiş şəkildə, yeni dizaynda sahibinə təqdim ediləcək.

Vəsiqələri vaxtından əvvəl dəyişdirməyə ehtiyac yoxdur. Lakin sürücü özü istəyərsə, vəsiqənin vaxtı bitməmiş 18 manat dövlət rüsumunu ödəməklə onu yenisi ilə dəyişdirə bilər

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5705 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-07-2020
08-07-2020