Mobil versiya
“Ali təhsil haqqında” qanun layihəsi parlamentdə müzakirəyə çıxarılacaq
Tarix: 17-01-2022 | Saat: 11:54
Bölmə:Təhsil | çapa göndər

“Ali təhsil haqqında” qanun layihəsi parlamentdə müzakirəyə çıxarılacaq

“Ali təhsil haqqında” qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə təqdim olunacaq.

Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, qanun layihəsinin üzərində işçi qrupunun işi başa çatıb.

“Qanun layihəsi rəylər alınması üçün müvafiq qurumlara göndərilib. Bu rəylər alınır və üzərində işlər tamamlandıqdan sonra Elm və təhsil komitəsində müzakirə ediləcək və iş tamamlandıqdan sonra qanun layihəsi Milli Məclisin yaz sessiyasının plenar iclasına tövsiyə ediləcək”, - deyə B.Əliyev vurğulayıb.

Komitə sədri əlavə edib ki, qanun layihəsində fundamental yeniliklər var.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024