AZ RU Mobil versiya
"Fənərbağça"nın yeni baş məşqçisi məlum oldu
Tarix: 12-01-2022 | Saat: 17:03
Bölmə:İdman | çapa göndər

"Fənərbağça"nın yeni baş məşqçisi məlum oldu

Türkiyənin "Fənərbağça" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

aia.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin sükanı arxasına İsmail Kartal gətirilib.

60 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb. O, bu postda Vitor Pereyranı əvəz edib.

İmsail Kartal 2014/2015 mövsümündə "Fənərbağça"nı çalışdırıb. Təcrübəli mütəxəssis "sarı-lacivərtlilər"in baş məşqçisi kimi 46 oyunda komandanı meydana çıxarıb. "Fənərbağça" bu matçlarda 30 qələbə, 10 heç-heçə və 6 məğlubiyyətlə yadda qalıb

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

564 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-01-2022