“Qalatasaray”ı ittiham edirdi, özü cəzalandı – “Fənərbağça”ya 3 transfer dövrü qadağası
Tarix: 26-09-2026 | Saat: 15:17
Bölmə:İdman | çapa göndər

“Fənərbağça”ya FİFA-dan ağır transfer sanksiyası gəlib.
aia.az xəbər verir ki, FİFA-nın 26 sentyabr 2026-cı il tarixində yenilənən rəsmi sistemində İstanbul klubuna 3 transfer dövrü üçün qadağa tətbiq edildiyi göstərilib.
Sanksiyanın konkret səbəbi və klubun ödəməli olduğu məbləğ hələ açıqlanmayıb. Müvafiq maliyyə öhdəliyi yerinə yetirildiyi halda qadağanın aradan qaldırılması mümkündür.
Məsələnin diqqətçəkən tərəfi isə “Fənərbağça”nın ötən mövsüm əzəli rəqibi “Qalatasaray”ı transferlərdə qaydalara əməl etməməkdə ittiham etməsi, indi isə özünün transfer məsələsi üzrə beynəlxalq sanksiya ilə üzləşməsidir.
Xatırladaq ki, UEFA-nın əvvəlki araşdırması zamanı Kərəm Aktürkoğlunun transferi də “Fənərbağça” ilə bağlı maliyyə məsələləri sırasında gündəmə gəlmişdi. Klub həmin proses çərçivəsində UEFA tərəfindən artıq 7 milyon avro cərimələnib.
Bütün bunlara rəğmən, Türkiyə Futbol Federasiyasının (TFF) “Fənərbağça”ya hər hansı daxili cəza tətbiq etməməsi də suallar doğurur. UEFA səviyyəsində sanksiya alan klubla bağlı TFF-nin mövqeyi və hansı səbəbdən əlavə intizam tədbirinə əl atılmadığı hələ də müzakirə mövzusudur.
Hazırkı FIFA qadağasının isə məhz hansı dosye üzrə tətbiq edildiyi hələlik açıqlanmayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-09-2026