Mobil versiya
"Bəsitçay" qoruğunun sanitar-mühafizə zonasının xəritəsi hazırdır
Tarix: 10-01-2022 | Saat: 17:53
Bölmə:Ölkə | çapa göndər

"Bəsitçay" qoruğunun sanitar-mühafizə zonasının xəritəsi hazırdır

Azad edilmiş ərazilərdə olan "Bəsitçay" Dövlət Təbiət Qoruğunun sanitar-mühafizə zonasının xəritəsinin hazırlanması prosesi başa çatıb

Bunu Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyib.

O bildirib ki, Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq qoruğun yenidən fəaliyyətinin bərpası istiqamətində iş gedir.

"Qoruğun sanitar-mühafizə zonasının xəritəsinin hazırlanması prosesi başa çatıb. Hazırda qoruğun fəaliyyətinin bərpası üçün digər işlər aparılır. Qoruq ərazisində monitorinqlər aparılır, Prosesə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Milli Elmlər Akademiyasının əməkdaşları cəlb edilib. Həmçinin, ötən il "Bəsitçay" qoruğu ərazisinə balıqlar buraxılıb, çinar ağacları əkilib, bu istiqamətdə işlər davam etdirilir", - deyə Arzu Səmədova bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-03-2025