Mobil versiya
Narkotik vasitənin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb
Tarix: 10-01-2022 | Saat: 16:07
Bölmə:Ölkə | çapa göndər

Narkotik vasitənin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb

Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı narkotik vasitənin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan aia.az-a verilən məlumata görə, “VAZ-2106” markalı avtomobilin sürücüsü yol-hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb.Nəqliyyat vasitəsini idarə edən Ramin Əfəndiyevin narkotik vasitənin təsiri altında olması ehtimal edildiyindən o, bölməyə gətirilib və müayinədən keçirilib.Müayinənin də nəticəsinə əsasən sürücünün marixuana qəbul edib, sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu sübuta yetirilib.

R.Əfəndiyev barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-03-2025