Mobil versiya
“Üzlərinə o qədər botoks, dodaqlarına o qədər gel vururlar ki, üz ifadələri də itir” İTTİHAM
Tarix: 10-01-2022 | Saat: 13:06
Bölmə:Şou-biznes | çapa göndər

“Üzlərinə o qədər botoks, dodaqlarına o qədər gel vururlar ki, üz ifadələri də itir”

"Botoksu, dodaqdakı geli xanım xanəndəyə yaraşdırmıram. Biz xanəndələr sifət cizgiləri, mimika ilə oxuyuruq. Həm oxuyuruq, həm də səhnədə obraz yaradırıq. O qədər botoks edib, dodaqlarına gel vururlar ki, üzlərinin ifadələri də itir. Bilinmir ki, gülürlər yoxsa ağlayırlar. Biz örnək olmalıyıq, çünki dövrü-qədimdən xanəndəyə başqa cür baxıblar, hörmət ediblər"

AİA.Az moderator.az-a açıqlamasında əməkdar artist, xanəndə Sevinc Sarıyeva bildirib. O daha sonra əlavə edib.

"Mən açıq danışmağı sevən insanam. Sözün düzü özüm də bir az üzümə əl gəzdirmişəm, amma bunu kosmetoloji yollarla etmişəm. Təbii ki, hər bir xanım müəyyən yaşdan sonra gözəl görünmək istəyir. Yanaqlarımı şişirdib, aşırı dərəcədə bunu etməmişəm. Mənim yaşda olan xanəndələr yenə də 40 yaşdan sonra üzlərinə botoks edirlər, indikilər 20 yaşında elə botoksla səhnəyə gəlirlər. Zəmanə yəqin elə tələb edir" deyə xanəndə bildirib.

Sevinc Sarıyeva xanım xanəndələrin geyimindən də danışıb.

"Xanım xanəndənin öz xüsusi geyimi olmalıdır. Bircə dəfə təcili olub, əynimi dəyişə bilməmişəm, enli şalvarla səhnəyə çıxmışam. Təbii ki, bu mənə yaxşı təsir bağışlamayıb. Nə qədər avropalaşsaq da bizim öz mentalitetimiz var. Xanəndənin əlindəki qaval onun üçün abır, ismətdir. İndi onsuz da qavalla oxuyan çox azdır. Qaval ifa edə bilirlər ki, oxusunlar da?! Ona xanəndə deyərəm ki, özü qavalı ifa edib, özü də oxusun. İndiki gənclərdə qaval ifa etmək bacarığı yoxdur. Rekvizit kimi əlinizdə onu niyə saxlayırsınız? Nəinki gənclər, heç öz yaşıdlarımın da əksəriyyəti qaval ifa edə bilmirlər. Çatışmamazlıqlar çoxdur, saymaqla bitməz. Amma yaxşı olar ki, kənardan özlərinə bir baxsınlar" deyə müğənni bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024