Millət vəkili vətəndaşların müraciətlərini dinləyib - FOTOLAR
Tarix: 10-01-2022 | Saat: 11:50
Bölmə:Manşet / Ölkə | çapa göndər

Milli Məclisin deputatı Könül Nurullayeva Nizami rayon sakinləri, eləcə də Azərbaycanın müxtəlif bölgələrində yaşayan vətəndaşlarımız tərəfindən edilən müraciətlər əsasında növbəti vətəndaş qəbulunu keçirib, müxtəlif mövzular üzrə səsləndirilən müraciət və təklifləri dinləyib.
Deputat qərargahından aia.az-a verilən məlumata görə, görüş zamanı qəbul iştirakçıları tərəfindən dilə gətirilən əsas problemlər sırasında xəstəlikdən əziyyət çəkən sakinin müalicəsinə maliyyə vəsaitinin ayrılması, məhəllələrin abadlaşdırılması, Keşlə qəsəbəsində kanalizasiya sistemində yaranmış problemin aradan qaldırılması, işlə təmin olunmaqla və əmək təqaüdünə çıxmaqla əlaqədar vətəndaşların qarşılaşdığı çətinliklər və s. bu kimi məsələlər başlıca yer alıb.
Qəbulun sonunda isə K.Nurullayeva görüş iştirakçılarının diqqətinə çatdırıb ki, səlahiyyətləri daxilində qeydiyyata götürülmüş müraciətlər ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-03-2025
17:40 Aİ Almaniyanı CƏRİMƏLƏDİ