Mobil versiya
Bakıda şagirdlər müəllimi döyüb? - AÇIQLAMA
Tarix: 10-01-2022 | Saat: 10:03
Bölmə:Karusel / Təhsil | çapa göndər

Bakıda şagirdlər müəllimi döyüb? -

Bakıda 17 nömrəli məktəbdə müəllimin şagirdlər tərəfindən döyülməsi ilə bağlı sosial şəbəkədə yayılan videoya aydınlıq gətirilib.

Trend xəbər verir ki, Bakı şəhəri 17 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, məktəbdə müəllimin şagirdlər tərəfindən döyülməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlar əsassızdır. Ümumiyyətlə 17 nömrəli tam orta məktəbdə 21 yaşlı ingilis dili müəllimi fəaliyyət göstərmir.

"Məktəb və müəllim haqqında əsassız məlumatların yayılması təhsilə xüsusi önəm verən Azərbaycan cəmiyyətinin prinsiplərinə uyğun olmayan hallardandır" - deyə məlumatda qeyd olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024