Ermənilərin Füzulidə atıb qaçdığı silah-sursat aşkarlandı
Tarix: 10-01-2022 | Saat: 09:28
Bölmə:Ölkə | çapa göndər

İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün aidiyyəti dövlət qurumlarının təmsilçiləri, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən fasiləsiz zəruri tədbirlər yerinə yetirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan aia.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində bu günlərdə keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində tərk edilmiş hərbi mövqelərdən müxtəlif silah-sursat aşkar ediblər. Aşkar edilən 2 pulemyot, 2 “Faqot” və 1 “Kornet” tipli tank əleyhinə idarə olunan raket kompleksləri, 4 qumbara, 3 avtomat sandığı, 18 müxtəlif növ mərmi, 317 müxtəlif çaplı patron aidiyyəti üzrə təhvil verilib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-03-2025
17:40 Aİ Almaniyanı CƏRİMƏLƏDİ