Mobil versiya
Əjdər Olun məhkəməsi başladı
Tarix: 06-01-2022 | Saat: 18:30
Bölmə:Ölkə | çapa göndər

Əjdər Olun məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilərək həbs edilən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 12-nə təyin olunub.

Cinayət işi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O, külli miqdarda rüşvət almaqda ittiham olunur. Onun barəsində istintaq orqanının təqdimatı əsasında Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Ə.Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.

Əjdər Ol Səlim Müslümovun nazir olduğu dövrdə nazirliyin aparat rəhbəri işləyib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-09-2025