Azərbaycanın ilk ödənişli avtomobil yolunda 60-dan artıq yeraltı keçid olacaq
Tarix: 06-01-2022 | Saat: 13:08
Bölmə:Media | çapa göndər
Yeni inşa edilən Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunda piyadalar üçün 60-dan çox yeraltı keçid nəzərdə tutulub.
Bu barədə AİA.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
O bildirib ki, yolda tikinti işləri davam etdirilir.
"Yol birinci texniki dərəcəyə uyğun olaraq inşa olunur və sürət yolu olacaq. Yolda yerüstü piyada keçidlərinin inşası nəzərdə tutulmur, yalnız yeraltı keçidlər inşa olunur. Həmin keçidlərin 1,5-2 kilometr məsafədən bir inşası nəzərdə tutulub.
Yeraltı keçidlər insanların sıx yaşadığı ərazilərdə yaxın məsafədə, yaşayış olmayan ərazilərdə isə müəyyən normativlərə əsasən inşa edilir," - deyə A.Nəcəfli bildirib.
Xatırladaq ki, inşası davam etdirilən sürət yolunun gələcəkdə ölkənin ilk ödənişli yolu olacağı bildirilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər