DİM sədri magistraturaya qəbul qaydalarından danışıb
Tarix: 06-01-2022 | Saat: 11:48
Bölmə:Karusel / Təhsil | çapa göndər
Magistraturaya qəbul imtahanının, son iki ildə olduğu kimi, DİM tərəfindən mərkəzləşdirilmiş qaydada beynəlxalq təcrübəyə uyğun yalnız bir mərhələdə keçirilməsi və imtahanda məntiqi təfəkkürün, informatika və xarici dil üzrə biliklərin yoxlanılması nəzərdə tutulur.
AİA.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri M.Abbaszadənin “Magistr” jurnalının 1-ci nömrəsində yer alan “Ön söz”ündə qeyd olunub.
Onun sözlərinə görə, növbəti imtahanda da bakalavrların bu sahələr üzrə biliklərinin yoxlanılması üçün qiymətləndirmə aləti olaraq test üsulundan istifadə olunacaqdır.
"DİM 2022/2023-cü tədris ili üçün də test imtahanını iki dəfə - bir dəfə fevral və ya mart ayında*, ikinci dəfə isə may və ya iyun ayında təşkil etməyi planlaşdırır. Magistratura səviyyəsinə qəbul imtahanında növbəti ildə də məntiqi təfəkkürün yoxlanılması, xarici dil və informatika üzrə test bloklarında qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqlarından istifadə olunacaq. Hər bir xarici dil üzrə test blokuna dinləyib-anlama üzrə bir audiomətn əsasında qapalı tipli beş test tapşırığı da daxil ediləcək. Bakalavrlara kömək məqsədilə hazırlanmış audiomətnlərin nümunələri DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. 2024-cü ildən etibarən keçiriləcək magistratura səviyyəsinə qəbul imtahanlarında isə xarici dil bloku üzrə yazı və danışıq bacarıqlarının yoxlanılması da nəzərdə tutulur.
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrların qəbul imtahanındakı nəticələri Dövlət İmtahan Mərkəzinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən etdiyi müsabiqə şərtini ödədikdə, onlar Mərkəzin elan etdiyi müddətdə qabiliyyət imtahanında iştirak etməlidirlər" - o vurğulayıb.
DİM sədri qeyd edib ki, ixtisaslaşma seçimi isə qəbul və qabiliyyət imtahanlarının nəticələri elan olunduqdan sonra aparılacaq.
"Qəbul və qabiliyyət imtahanlarında göstərdikləri nəticəsi müsabiqə şərtlərinə uyğun olan bakalavrlar ixtisaslaşma seçiminə buraxılacaqlar. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarını və jurnalistika üzrə magistratura ixtisaslaşmalarını qəbul imtahanını verdikdən sonra DİM-in elan etdiyi müddətdə Mərkəzin rəsmi internet saytında qeydiyyatdan keçən, qabiliyyət imtahanından “məqbul” qiymət alan bakalavrlar seçə biləcəklər. Məlum olduğu kimi, ixtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli”nə uyğun həyata keçirilir. Seçdikləri ixtisaslaşmalar üzrə müsabiqə bakalavrların imtahandan topladıqları bal əsasında aparılır. Hər bir bakalavr ixtisaslaşmaların müsabiqəsinə öz istəyinə uyğun olaraq cari ildə iştirak etdiyi ya birinci, ya da ikinci imtahanda topladığı balla qoşula bilər" - o əlavə edib.
Məleykə Abbaszadənin sözlərinə görə, ən mühüm istiqamətlərdən biri də imtahan verənlərə elmi-metodik köməyin göstərilməsi, onların zəruri məlumatlarla təmin olunmasıdır.
"DİM-in rəsmi internet səhifəsində ardıcıl olaraq imtahan proseslərinin təşkili və keçirilməsi ilə bağlı zəruri məlumatlar, metodik materiallar və tövsiyələr, imtahanda istifadə olunan qiymətləndirmə alətlərinin hər bir tipinə və növünə aid tapşırıqlar yerləşdirilir, onlayn sınaq imtahanları təşkil olunur. DİM-in prioritet fəaliyyət istiqamətlərindən biri də jurnalların və vəsaitlərin dərc olunmasıdır ki, bu nəşrlər imtahana hazırlaşanlar üçün əsas məlumat və bilik mənbələrindəndir" - o bildirib.
Qeyd edək ki, magistraturaya 1-ci qəbul imtahanının fevralın ayının 20-də keçirilməsi nəzərdə tutulur.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu