Mobil versiya
Qazi ilə baş həkim arasında insident
Tarix: 06-01-2022 | Saat: 11:38
Bölmə:Manşet / Ölkə | çapa göndər

Qazi ilə baş həkim arasında insident

Yanvarın 4-də Vətən müharibəsi qazisi Hacı Vəliyevlə Yasamal rayonu ərazisində yerləşən 19 saylı şəhər poliklinikasının baş həkimi Aytən Qurbanova arasında insident yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qazi Hacı Vəliyev özü sosial şəbəkə hesabında məlumat yayıb. Onun sözlərinə görə, sözügedən tarixdə saat 11:00-da qeydiyyatda olduğu Yasamal rayonu ərazisində yerləşən, əvvəllər də arayış aldığı və müayinə olunduğu 19 nömrəli poliknikaya COVID-19 əleyhinə vaksin pasportu almaq üçün gedib: “Bir xeyli get-gəldən sonra bildirdilər ki, mən burada qeydiyyatda deyiləm. Onlara izah etdim ki, bura qeydiyyatıyam və mənə bununla bağlı arayış da veriblər, müayinə də ediblər. Verilən arayışı oxuduğum İdman Akademiyasına təqdim etmişəm. Hətta burada qeydiyyatda olmağımla bağlı sistemdə şəklimi də çəkib atıblar".

Qazi deyir ki, daha sonra baş həkimin qəbulunda olub: "Baş həkim dedi ki, sən buranın qeydiyyatında deyilsən, sənə kömək edə bilmərik. Yuxarıdakıları dedim və bildirdim ki, onda sizin işçiləriniz mənə arayışı səhv verib. Dedim ki, işçiləri tənbeh edin, daha bir vətəndaş incidilməsin. Bunu deyib ayağa qalxdım və çantamı götürəndə (görən gözüm) sol gözümə həkimin mənə baxıb istehza ilə gülməyi sataşdı. Yəqin son zamanlar gözümün bərk ağrımasını xatırlayırsınız. Elə burada da ağrıları şiddətlənmişdi, tez-tez əlimlə gözlərimi ovuşdururdum. İki dəfə soruşdum ki, niyə gülürsüz? Gülməyə davam edirdi. Mən də dedim şəhid ailələrinə, qazilərə gülənin genində, qanında problem var. Bundan sonra həkim ayağa qalxdı, sol əli ilə stolun üstündə olan qənd qabını vurub aşırdı və beləcə mübahisə yarandı".

Hacı Vəliyevin iddiasına əsasən, baş həkim onu DTX əməkdaşları ilə hədələyib: "Otaqda 4 nəfər idik. Mən, baş həkim, başqa bir həkim və Yasamal rayonundan olan digər vətəndaş. Biz koridora çıxdıq. Təxminən 5-10 dəqiqə sonra məni hədələdiyi DTX əməkdaşları gəldi və otağa daxil olub qapını örtdülər. Təxminən 10-15 dəqiqədən sonra otaqdan çıxanda mən onları saxladım və kim olduqlarını soruşdum. Hətta vəsiqələrini belə göstərdilər. DTX əməkdaşları idi. Onlar vəsiqə göstərən zaman ərazi üzrə polis nümayəndələri də gəldilər. Dedim otağa daxil olub qapını niyə örtürsünüz? Gəlmisinizsə, ədalətli araşdırma aparın. Daha sonra Yasamal rayon 19 saylı Polis Bölməsinin əməkdaşları gəldilər. Hər ikimizi bölməyə dəvət etsələr də "arxalı" baş həkim getməkdən imtina etdi və getmədi”.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-03-2025