2 nömrəli Bakı Baza Tibb Kolleci beynəlxalq layihələrdə
Tarix: 05-01-2022 | Saat: 14:24
Bölmə:Təhsil | çapa göndər
Bu gün Azərbaycanda səhiyyə sahəsində peşəkar orta-ixtisas kadrlarının hazırlanması istiqamətində fəaliyyət göstərən ən uğurlu tibb təhsil ocaqlarından biri 2 nömrəli Bakı Baza Tibb Kollecidir (BBTK). Kollec 1975-ci ilin yanvar ayında Ulu Öndər Heydər Əliyevin şəxsən iştirakı ilə açılmış və fəaliyyətə başlamışdır. Dövlət statuslu təhsil müəssisəsidir. Orta ixtisas təhsilli mütəxəssislər hazırlayır. 2 nömrəli BBTK fəaliyyət göstərdiyi müddətdə respublikamızın səhiyyə müəssisələri üçün on minlərlə orta tibb işçisi hazırlamaqla yanaşı, hazırda burada həmçinin orta tibb işçisi və əczaçı ixtisas təhsilli tibb işçilərinin ixtisaslaşdırma və təkmilləşdirmə kursları da fəaliyyət göstərir. Kollecin direktoru Tibb Elmləri Namizədi Dilarə Məmmədəliyevadır.
Birmənalı olaraq demək lazımdır ki, bu gün 2 nömrəli Bakı Baza Tibb Kollecində olan bütün ixtisaslar üzrə kadr hazırlığı müasir dövrün ən yüksək tələblərinə uyğun səviyyədə həyata keçirilir. Tələbələrin fənnləri daha dərindən mənimsəmələri üçün fənn kabinetlərinin nəzdində müxtəlif dərnəklər fəaliyyət göstərir. Dərnək üzvləri əyani vəsaitlərin, müxtəlif guşələrin tərtibində iştirak edir, məruzə və referatlar hazırlayırlar. Kollecdə kifayət qədər təcrübəli və dərin elmi biliklərə sahib olan müəllim heyəti çalışır. Kollecin müəllimləri arasında elmlər namizədləri, əməkdar müəllimlər var. 2 nömrəli BBTK-nin yetişdirdiyi mütəxəssislər isə, bu gün yalnız Azərbaycanda deyil, həmçinin bir çox xarici ölkələrdə də tibbin müxtəlif sahələrində uğurla çalışırlar. Yeri gəlmişkən, kollecin direktoru Dilarə Məmmədəliyeva bu tibb-təhsil müəssisəsinin özünün də xarici əlaqələrinin inkişafı üçün mütəmadi olaraq müvafiq iş aparır. Təsadüfi deyil ki, 2 nömrəli Bakı Baza Tibb Kolleci artıq neçə müddətdir ki, müxtəlif beynəlxalq layihələrin aktiv iştirakçısıdır.
O cümlədən 2021-ci ilin iyun ayında 2 nömrəli Bakı Baza Tibb Kollecində UNİCEFin (BMTnin uşaq fondu) dəstəyilə Bəsləyici Qayğı Üzrə Ailələrə Dəstək mövzusunda təlimçilər üçün təlim keçirilmişdir. Təlimdə respublikamızın tibb kolleclərindən və orta tibb işçiləri üçün diplomdan sonrakı təkmilləşdirmə kurslarından nümayəndələr-müəllimlər iştirak etmişlər. Təlimin məqsədi iştirakçıları Azərbaycanda ev ziyarətçilərinin yeni Universal Proqressiv Modelinin tətbiqi, uşaqlara tibbi xidmətin keyfiyyətinin artırılması və patronaj xidmətinin təşkil olunmasında bu modelin əhəmiyyəti ilə tanış etmək olub.
2021-ci ilin avqust ayından başlayaraq isə 2 nömrəli Bakı Baza Tibb Kollecində Avropa İttifaqının maliyyələşdirdiyi sağlamlıq üçün həmrəylik təşəbbüsü layihəsi çərçivəsində ÜST-ün Azərbaycan nümayəndəliyi tərəfindən COVİD-19 xəstəliyinə qarşı mübarizədə tibb işçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə təlimlər təşkil olunub. Qeyd edək ki, kollecin müəllim heyətindən seçilmiş təlimçilər ÜST-ün rəhbərliyi altında Azərbaycanda PROACT treyninq lahiyəsinə 2020-ci ilin iyun ayından qatılmışdılar. Bir ildən artıq müddət ərzində “PROACT” Təlim Proqramı çərçivəsində təlimçilər təlimlərdə uğurla iştirak etmiş və SERTİFİKATA layiq görülmüşlər. Bu təlim kursunun əsas məqsədi infeksion profilaktika və nəzarət sisteminin təşkilinin əsas prinsipləri ilə bağlı bu gün mövcud olan beynəlxalq standartlara uyğun təlimatlarla tanış olmaqdır. Təlimlər ali və orta tibb işçiləri üçün tibb təhsili müəssisələrində çalışan müəllimlər və tələbələr üçün təşkil olunmuşdur. Təlimləri uğurla keçmiş iştirakçılara sertifikatlar təqdim edilir. Layihə çərçivəsində Təməl Həyat Dəstəyi kursu təlimləri və COVİD-19 xəstəliyinə qarşı Azərbaycanda tətbiq edilən yeni vaksinlər haqqında təlimlər keçirilib.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, 2 nömrəli Bakı Baza Tibb Kollecində pandemiya ilə əlaqədar müxtəlif tədbirlərin həyata keçirilməsinə COVİD-19-un Azərbaycanda yayılmağa başladığı ilk vaxtlardan başlanılıb. Həmçinin ÜST tərəfindən vaksinasiyanın vacibliyi bəyan olunandan dərhal sonra, əhali arasında vaksinasiyanın əhatə dairəsini genişləndirmək üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin əsas şərtlərdən biri olduğu nəzərə alınaraq 2 nömrəli Bakı Baza Tibb Kollecində də bu istiqamətdə əməli fəaliyyətə başlanmışdır. Məlumdur ki, düzgün kommunikasiya qurmaq və vaksinasiya prosesini qanunauyğun şəkildə həyata keçirmək orta tibb işçilərinin əsas vəzifələrindən hesab edilir. Bununla əlaqədar, 2 nömrəli Bakı Baza Tibb kollecində “İmmunlaşma” kurslarının keçirilməsi zəruriyyəti meydana çıxmışdır. Səhiyyə sahəsində aparılan islahatlar çərçivəsində “Vaksinlər və İmmunlaşdırma” üzrə Qlobal Alyansın (VİQA) texniki dəstəyi ilə 2 nömrəli Bakı Baza Tibb kollecində tədris prosesinin keyfiyyətini artırmaq üçün iki immunlaşdırma otağı təşkil edilmiş və müasir tibbi avadanlıqlarla təmin olunmuşdur. 2020-ci ilin sonundan başlayaraq 2 nömrəli Bakı Baza Tibb Kollecinin təkmilləşdirmə şöbəsində “İmunlaşdırma” üzrə təlimlər başlamışdır. 800-dən çox dövlət, özəl və idarə təşkilatlarının tibb müəssisələrindən olan orta tibb işçisi təlimə cəlb olunmuşdur. Təlimlərdə peyvənd otağının quruluşu video-çarx vasitəsilə nümayiş etdirilmişdir. Təlimlər orta tibb işçiləri arasında böyük marağa səbəb olmuşdur. Xəstələnmə və ölüm hallarının azalmasında peyvəndin yeganə çıxış yolu olması keçirilən təlimlərin əsas mövzusunu təşkil etmişdir.
Sonda məxsusi olaraq bir məqama da toxunmaq istərdik. Məlumdur ki, bu gün mövcud olan ictimai rəyə görə 2 nömrəli Bakı Baza Tibb Kollecində orta-ixtisas tibb kadrlarının hazırlıq səviyyəsi kifayət qədər yüksəkdir. Bununla belə təəssüflər olsun ki, son vaxtlar bəzi informasiya saytlarında bu tibb təhsil müəssisəsinin fəaliyyətinə qarşı qərəzli xarakter daşıyan, kollecin rəhbərliyi və kollektivinin işinə kölgə salmağa hesablanmış yazılar da dərc olunur. Bunu nəzərə alaraq bəzi həmkarlarımıza tövsiyyə edərdik ki, bu səpkidə yazıları təqdim olunan materialları ətraflıa araşdırma aparılmadan dərc etməkdən çəkinsinlər. Çünki istənilən məsələyə obyektiv və ədalətli yanaşma hər bir jurnalistin vəzifə borcudur.
Abbas Abbasoov
Elbrus Bağırov
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu