Mobil versiya
Lənkəranda polisə yalan məlumat verən şəxs saxlanılıb
Tarix: 05-01-2022 | Saat: 13:51
Bölmə:Media | çapa göndər

Lənkəranda polisə yalan məlumat verən şəxs saxlanılıb

Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən polisə yalan məlumat verən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran rayon sakini Ənvər Lələyev polisə müraciət edərək evindən 7000 manat pulun oğurlandığını bildirib.

Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb.

Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Ə.Lələyevin polisə oğurluq barədə yalan məlumat verdiyi müəyyən edilib. Araşdırmalarla Ə.Lələyevin oğurladığı pulu saxlaması üçün qohumuna verdiyi məlum olub.

Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025