Millət vəkili Könül Nurullayeva vətəndaşlarla görüşüb - FOTOLAR
Tarix: 05-01-2022 | Saat: 10:34
Bölmə:Ölkə | çapa göndər

Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.
Aia.az-ın məlumatına görə, qəbulda Nizami rayonundan olan seçiciləri, o cümlədən ölkəmizin digər bölgələrindən olan vətəndaşlar ilə müzakirələr aparan K.Nurullayeva, onların dilə gətirdiyi şikayət və problemlərlə yaxından maraqlanıb.
Diqqətinizə çatdıraq ki, görüş zamanı qəbul iştirakçılarını ən çox narahat edən problemlər sırasında aztəminatlı ailələrin qarşılaşdığı çətinliklər, vətəndaşların sosial müavinətin alınması, habelə əlilliyin müəyyən olunması ilə əlaqədar üzləşdiyi problemlər, Vətən müharibəsi veteranının işlə təmin olunması və s. bu kimi məsələlər başlıca yer alıb.
Millət vəkili Könül Nurullayeva eyni zamanda bildirib ki, qəbulda vətəndaşların səsləndirdiyi bütün müraciətlər qeydiyyata götürülüb və onlar ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.
Aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-03-2025
17:40 Aİ Almaniyanı CƏRİMƏLƏDİ