Mobil versiya
Vətən müharibəsində iştirak edən ƏƏSMN əməkdaşlarına medallar təqdim edilib
Tarix: 30-12-2021 | Saat: 13:33
Bölmə:Ölkə | çapa göndər

Vətən müharibəsində iştirak edən ƏƏSMN əməkdaşlarına medallar təqdim edilib

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfərlə başa vurduğu Vətən müharibəsində iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarına dövlət başçısının Sərəncamları ilə təltif edildikləri medallar təqdim edilib.

Bununla əlaqədar keçirilən tədbirlərdə qeyd edilib ki, Nazirlik sistemində çalışan 101 əməkdaş Vətən müharibəsində iştirak edərək Qələbəmizə töhfələrini verib.

Onlardan 79 nəfəri Prezident İlham Əliyevin Sərəncamları ilə “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Cəsur döyüşçü” və digər medallarla, bir qismi 2-3 medala, bir nəfəri – Nazirliyin Sumqayıt Reabilitasiya Mərkəzinin əməkdaşı Sahil Həsənli isə 5 medala layiq görülüb.

Nazirliyin əməkdaşlarının ailə üzvlərindən isə 129 nəfər Vətən müharibəsində iştirak edib, onlardan 11 nəfəri müharibədə şəhidlik zirvəsinə ucalıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-03-2025