İnqilab Musayev: “Bu gün bütün dünyada yaşayan soydaşlarımız qalib Azərbaycana mənsubiyyətləri ilə qürur duyurlar”
Tarix: 29-12-2021 | Saat: 15:00
Bölmə:Ölkə | çapa göndər

Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Qələbə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Milli Həmrəylik ideologiyasının daha bir parlaq təzahürü kimi dünyaya doğdu. Məhz bu ideologiyanın möhkəm təməlləri üzərində öz Prezidenti ətrafında sıx birləşən Azərbaycan xalqı dəmir yumruq yaradaraq düşmənin başını əzdi, Vətən torpaqlarını işğaldan azad etdi. 44 gün davam edən Vətən müharibəsi Milli Həmrəyliyimizin ən böyük təntənəsi oldu.
Bu gün Ölkə Prezidenti, Ali Baş komandan cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən və əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasət xətti sadəcə Azərbaycan vətəndaşlarının deyil, eləcə də bütün dünyada yaşayan soydaşlarımızın rifah yüksəlişini, təhlükəsizlik və azadlıqlarının təminatını özündə ehtiva edir. Bu məqsədlərə nail olmağın ən zəruri şərtlərindən biri isə əlbəttə ki, dünya azərbaycanlılarının ən yüksək səviyyədə həmrəyliyinə və təşkilatlanmalarına nail olmaqdır. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev bu məsələləri daim xüsusi diqqət mərkəzində saxlayırdı. Məhz həmrəylik gününü təsis etməklə Ümummilli Lider xalqımızın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur.
İlk dəfə 1991-ci il dekabrın 16-da, Ulu Öndər Heydər Əliyevin sədrlik etdiyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edildi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etdi. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi günü elan olunması barədə qanun qəbul etdi və artıq 30 ildir ki, bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edirlər. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində olduqca mühüm rol oynayır. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə baxmayaraq olduğu ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. Ümummilli Lider Heydər Əliyev demişdir: “Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.”
2001-ci il noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I Qurultayı keçirilib. Dünyanın 36 ölkəsindən 200dən çox təşkilatı təmsil edən 406 nümayəndənin və 63 qonağın iştirak etdiyi bu tədbir Azərbaycan diaspor quruculuğu tarixində yeni bir mərhələnin başlanğıcını qoymaqla bütün dünyada yaşayan soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi. Bu təşəbbüs ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Məhz bu qurultaydan sonra Azərbaycan dövlətinin diaspor işi mərkəzləşdirilmiş və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (2008-ci ildən Diasporla İş üzrə Dövlət Komitəsi) təsis olundu və xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətini tənzimləyən qanun qəbul edildi. Bu gün Ulu Öndərin əsasını qoymuş olduğu milli həmrəyliyimiz Ölkə Prezidenti cənab İlham Əliyevin effektiv siyasəti ilə uğurla inkişaf etdirilir. Dövlət başçısının imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə IV Qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Bu qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. Eyni zamanda qurultaylar bir daha dünya azərbaycanlılarının Prezident İlham Əliyevin, deməli, Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini təsdiqlədi. Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2018-ci 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2019-cu ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təsis edildi. Bu gün dünya azərbaycanlılarının institusional həmrəyliyinin təcəssümü olan diaspor təşkilatlarının inkişaf prosesi sürətlə davam edir. Dünya Azərbaycanlılarının I qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclası və həmin toplantıda “Dünya azərbaycanlılarının Xartiyası”nın qəbulu birlik və mütəşəkkilliyinin artması, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsi, diaspor potensialının möhkəm amilə çevrilməsini göstərməklə yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu da bir daha təsdiqlədi. Bu gün dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə bir çox erməni mifləri kimi “qüdrətli erməni diasporu” haqqında yaradılmış və uzun illər boyunca çoxsaylı yalan və uydurmalarla bəzədilən mifə də sarsıdıcı zərbə vurdu. Bu gün artıq bütün dünyada yaşayan soydaşlarımız qalib Azərbaycanı Vətən kimi tanımaqdan qürur duyurlar. Azərbaycan dövləti isə hər zaman olduğu kimi, bütün dünya azərbaycanlılarının birlik və həmrəylik içərisində olmalrı üçün bütün lazım olan addımları atmaqda davam edir.
İnqilab Musayev,
Xaçmaz Rayon Təhsil Şöbəsinin müdiri
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-03-2025
17:40 Aİ Almaniyanı CƏRİMƏLƏDİ