Türkiyə "Turkovac"ı yaxın zamanda Azərbaycana göndərməyi planlaşdırır
Tarix: 29-12-2021 | Saat: 14:36
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
"Turkovac"ın yaxın zamanda Azərbaycana da çatdırılmasını planlaşdırırıq.
Trend-in məlumatına görə, bunu Türkiyə Səhiyyə İnstitutlarının prezidenti Erhan Akdoğan deyib.
Onun sözlərinə görə, daxili tələbatı ödəyəcək qədər dozanı mütləq istehsal edəcəklər.
"Amma bununla yanaşı ehtiyacı olan ölkələrə verilməsi istiqamətində də fəaliyyətlərimiz davam edir. "TURKOVAC"ın kliniki sınaqları çərçivəsində bir neçə ay əvvəldən Azərbaycan, Pakistan, Qırğızıstan kimi ölkələrlə ortaq elmi tədqiqatlara dair fəaliyyətlər icra edirdik. Ötən həftələrdə Azərbaycanda "Turkovac"la bağlı konkret hazırlıqlarımızı tamamlamışıq. Yaxın zamanda Azərbaycana da yerli vaksinimizi çatdırmağı planlaşdırırıq".
Qeyd edək ki, dekabrın 22-də Türkiyədə koronavirusa qarşı yerli "TURKOVAC" vaksinin tətbiqinə icazə verilib və kütləvi istehsalına başlanılıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024
11:40 Şuşa Zəfərinə gedən yol